RU

"OPEC" neftə tələbat proqnozuna kəskin şəkildə azaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC”in noyabr ayına dair neft bazarı üzrə aylıq proqnoz hesabatında kəskin dəyişiklik diqqət çəkib.

Banco.az xəbər verir ki, “OPEC” bu il üçün neftə tələbat artımı proqnozlarını ardıcıl beşinci dəfə azaldıb.

Aylıq hesabatına görə, “OPEC” 2024-cü ildə istehlak artımı proqnozlarını 210 min barel azaldaraq gündəlik 1,6 milyon barelə endirib.

Beləliklə, “OPEC” tədarük məhdudiyyətlərinin uzadılması ilə bağlı razılıq əldə etdikdən sonra 2024-cü il proqnozuna indiyədək ən kəskin düzəliş edib. Bununla da “OPEC” iyul ayından etibarən tələb proqnozunu 27 faiz azaldıb.

Hesabatda həmçinin qeyd olunur ki, “OPEC” bu il neft istehlakının gündəlik orta hesabla 103,82 milyon barel olacağını proqnozlaşdırır. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
46
banco.az

1Источники