RU

Ukrayna Rusiya ilə sülh danışıqlarına hazırdır – Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak

Ukrayna Rusiya ilə sülh danışıqlarına hazırdır.

Editor.az bildirir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib. O, Kanal 24-ə müsahibəsində deyib ki, “Kiyev Moskva ilə danışıqlar prosesinə başlamağa hazırdır”.

Eyni zamanda Podolyak qeyd edib ki, sadə və ya kompromis həll gözləmək lazım deyil. Ukraynanın ədalətli sülh şəraitinə ehtiyacı var”, – ukraynalı siyasətçi vurğulayıb.
“Reuters”in daha əvvəl xəbər verdiyi kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Parisdə Vladimir Zelenski və Emmanuel Makronla görüşündə Ukraynada dərhal atəşkəs əldə olunmasını istədiyini bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Trampın Ukrayna münaqişəsinin həlli üçün Moskvanın narahatlığını nəzərə alan variantlarını hələ əldə etmədiyini bildirib.

//Samir Qurbanov, Editor.az

Избранный
14
editor.az

1Источники