RU

Taksilər avtobus zolağına girməlidir? - EKSPERTDƏN QURUMLARA TƏKLİF - VİDEO

“Paytaxtda indiki dövrdə bütün nəqliyyat vasitələrinə avtobus zolağında sərnişin mindirib düşürməyə icazə verilməidir”.

Avtosfer.az xəbər verir ki, bunu “Avto FM”in efirində qonaq olan nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O bildirib ki, zolağa girə bilmədiyi üçün sürücülərin ikinci zolaqda sərnişin mindirib-düşürməsi təhlükə yaradır:

“Bir dəfə taksidən, ya hansısa avtomobildən yaşlı bir insan sürücünün məcbur ikinci cərgədə saxlaması səbəbilə düşəndə avtobus gəlib üstündən keçəcək. Bu qaçılmazdır. Belə hadisələr bizim gözümüzün önündə baş verən faktlardır. Xəbər yayılacaq ki, avtobus 2-ci cərgədə saxlayan avtomobildən düşən vətəndaşın üstündən keçdi. AYNA-nın taksilərin zolağa girməsi ilə bağlı məsələyə münasibəti müsbətdir. Yalnız sərnişin mindirib düşürməklə bağlı təbii ki, hərəkətlə bağlı yox. Amma burda taksilərin özünün də səhvi var. Hazırda 35 min civarında taksi fəaliyyəti göstərən avtomobil var. Lakin sürücülərin yalnız 15 mini əlində sənədi olan sürücüdür. Qalan 20 min sürücü həmin 15 min sürücüyə lağ edir ki, “bax gördüz, siz sənəd aldız, biz almadıq, siz də işləyirsiz, biz də”. Həmin 20 min sürücü də qeydiyyatdan keçsə, taksilərin zolağa girməsi məsələsinə yenidən baxılar”.

Səfər

Избранный
32
avtosfer.az

1Источники