RU

Amil Yunanov klubla söhbətinə FİFA-nı da qatdı – niyə?

Albaniya çempionatında çıxış edən iki futbolçumuzdan birinin – Amil Yunanovun klubu ilə yaşadığı problemdən hamı xəbərdardı.

“Bülis”in heyətinə sentyabrda qatılan, iki ay keçməmiş ayrılan futbolçu klubun tələbi əsasında geri qayıtmışdı. Klubu maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə orda qalmaq istəməyən Yunanov müqaviləni birtərəfli şəkildə pozub. Hətta 31 yaşlı hücumçu FIFA-ya da müraciət edib. Məsələ gələn ilin fevral-mart aylarında həllini tapacaq.

Bəs Amil Yunanovun FİFA-ya ünvanladığı şikayətdə hansı tələblər var?

Məsələni dəqiqləşdirmək üçün Yunanovun vəkili Elcan Həsənova müraciət etməyi lazım bildik. O, açıqlama vermək istəməssə də, xəbəri təkzib etmədi:

“Bununla bağlı özümüz açıqlama verəcəyik. Hələ ki açıqlama vermirik”.

Qeyd edək ki, futbolçu Albaniyaya qayıdandan sonra adı heç bir oyunun iştirak ərizəsinə salınmayıb. Yunanov 2-ci liqada çıxış edən “Şəfa” ilə anlaşıb, çox güman, karyerasını vətəndə davam etdirəcək.

RÖYANƏ OĞUZ
Избранный
40
football-plus.az

1Источники