RU

ABŞ yeni yaranmış Suriya dövlətini tanıyacaq - Bir şərtlə...

ABŞ dövlət katibi Antoni Blinken yeni yaranmış Suriya dövləti barədə açıqlamalar verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki,ABŞ dövlət katibi açıqlamasında bildirib ki, ABŞ bir şərtlə yeni yaranmış dövləti tanıyacaq:

"Terrorizmdən əl çəkərsə, kimyəvi silah ehtiyatlarını məhv edərsə, azlıqların və qadınların hüquqlarını qoruyarsa ABŞ yeni hökuməti tanıyacaq" .

Blinken həmçinin bildirib ki, təxminən 900 ABŞ əsgəri Suriyanın şimalında qalmağa davam edəcək.

"Suriyanın gələcəyinə Suriya xalqı qərar verəcək" - Blinken açıqlamasında bildirib. Onun sözlərinə görə, bütün xalqlar əhatəli və şəffaf bir prosesi dəstəkləməyə və xarici müdaxilədən qaçmağa söz verməlidir.

"ABŞ bu proses nəticəsində ortaya çıxacaq gələcək Suriya hökumətini tanıyacaq və tam dəstəkləyəcək", - Blinken bildirib.

Nərmin
Milli.Az

Избранный
21
50
milli.az

10Источники