RU

"Matanat A" işçilər axtarır - VAKANSİYALAR

Matanat A

Müştəri Xidmətləri üzrə mütəxəssis

Son tarix 11 yan 2025 - [email protected]

İşin təsviri:

  • Müştəri sorğularını (zəng, e-poçt, sosial media) qəbul etmək, cavablandırmaq və həll etmək.
  • Problemləri araşdırıb uyğun şöbələrə yönləndirmək, həll prosesinə nəzarət etmək.
  • Şikayətləri dinləyib uyğun həll yolları təklif etməklə müştəri məmnuniyyətini təmin etmək.
  • Müştərilərdən rəy toplayıb xidmət keyfiyyətinin artırılması üçün hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsir.
  • Şikayətlər və sorğularla bağlı statistik məlumatları toplayıb həftəlik/aylıq hesabatlar hazırlamaq.
  • Yeni müştəri xidmətləri texnologiyalarının tətbiqində iştirak etmək.

Tələblər:

  • Yüksək ünsiyyət və problem həll etmə bacarıqları.
  • Məsuliyyətli, təşəbbüskar və təşkilatçı yanaşma.
  • CRM sistemləri və ofis proqramlarında təcrübə (PowerPoint, Excel).
  • Azərbaycan dilində sərbəst danışıq, ingilis və rus dilləri bilikləri üstünlükdür.
  • İqtisadiyyat, Biznes İdarəetməsi və ya Marketinq sahəsində ali təhsil.
  • Müştəri xidmətləri və ya satış sahəsində minimum 1-2 illik iş təcrübəsi.

İş şəraiti:

  • İş yeri: Luxen Plaza
  • İş qrafiki: 5 günlük
  • İstirahət: Şənbə və bazar günü.
  • Korporativ nömrə 
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.

 

İctimaiyyətlə Əlaqələr şöbə müdiri

 Son tarix 11 yan 2025 - [email protected]

İşin təsviri:

  • Şirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq.
  • PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək.
  • Şirkətin imicini qorumaq və gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçirmək.
  • Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək.
  • Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək.
  • Media tərəfindən yayımlanan məlumatların monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək.
  • Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını hazırlamaq.
  • Korporativ tədbirlər təşkil edərək əməkdaşların şirkət barədə məlumatlılığını artırmaq.
  • Şirkət məhsulları və xidmətləri üçün PR kampaniyalarını planlaşdırmaq və idarə etmək.
  • Sosial məsuliyyət layihələrini həyata keçirmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək.
  • Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək.
  • Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və həll yollarını hazırlamaq.
  • Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyası təmin etmək.
  • PR kampaniyalarının təsirini ölçmək və nəticələri təhlil etmək.
  • Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq.
  • PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq.
  • Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək.

Tələblər:

  • İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil.
  • PR və kommunikasiya sahəsində 5+ illik iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür).
  • PR alətləri və texnologiyaları üzrə bilik.
  • Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə.
  • Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə.
  • Dil Bilikləri: Azərbaycan dili (ana dili),İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).

Şəxsi Keyfiyyətlər:

  • Güclü liderlik və idarəetmə bacarığı.
  • Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi).
  • Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
  • Strateji və analitik düşüncə tərzi.

İş şəraiti:

  • İş yeri: Luxen Plaza
  • İş qrafiki: 5 günlük
  • İstirahət: Şənbə və bazar günü.
  • Korporativ nömrə 
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.

 

Aparıcı reklam mütəxəssisi

 Son tarix 11 yan 2025 - [email protected]

İşin təsviri:

  • Ayrı-ayrı brendlər üçün reklam ssenarilərinin və ya briflərin hazırlanmasını təşkil etmək.
  • Hazırlanmış ssenarilərin keyfiyyətini təmin etmək və brendlərin məqsədlərinə uyğunlaşdırmaq.
  • Reklam çarxlarının çəkilişi və post-prodakşn proseslərini təşkil etmək.
  • Çarxların büdcə çərçivəsində hazırlanmasını və effektiv yayımını təmin etmək.
  • Reklam kampaniyalarının ilkin və yekun nəticələrinə dair monitorinq və hesabatlar hazırlamaq.
  • Ölkədaxili və xarici sərgilərin planlaşdırılması və həyata keçirilməsi.
  • Sərgilərin logistika, dizayn və iştirak koordinasiyasını təmin etmək.
  • Qlobal və yerli bazarda yeni reklam tendensiyalarını izləmək və təhlil etmək.
  • Müasir reklam vasitələrini şirkət strategiyasına uyğun tətbiq etmək.
  • Rəhbərlik və digər şöbələrdən daxil olan reklam tələblərinə uyğun layihələr hazırlamaq və icra etmək.
  • Müxtəlif departamentlərlə koordinasiya edərək reklam ehtiyaclarını effektiv şəkildə qarşılamaq.
  • Reklam materiallarının hazırlanmasında kreativ qrupa dəstək vermək.
  • Rəqəmsal reklam kampaniyaları üçün kontentin hazırlanmasını təmin etmək.
  • Sponsorluq və tərəfdaşlıq fəaliyyətlərini təşkil etmək.
  • Reklam sahəsində analitik göstəriciləri təhlil edərək yeni strategiyalar təklif etmək.

Tələblər:

  • Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahədə ali təhsil.
  • Reklam sahəsində minimum 3 illik iş təcrübəsi
  • Reklam platformaları üzrə yüksək bilik (Facebook Ads, Google Ads, YouTube, Instagram).
  • Kreativ alətlərdən istifadə bacarığı (Adobe Photoshop, Illustrator) üstünlükdür.
  • Analitik vasitələrdən istifadə təcrübəsi (Google Analytics, Tableau və ya oxşar proqramlar).

   İş şəraiti:

  • İş yeri: Luxen Plaza
  • İş qrafiki: 5 günlük
  • İstirahət: Şənbə və bazar günü.
  • Korporativ nömrə 
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.

Избранный
12
fed.az

1Источники