RU

Bakı Mexanizasiya Tikinti ASC-nin səhmdar yığıncağı və ləğv proseduru başlayır

Bakı Mexanizasiya Tikinti Açıq Səhmdar Cəmiyyətinin (ASC) ləğvinə başlanılır.

Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, ASC-nin səhmdarlarının illik ümumi yığıncağı 2024-cü ilin yanvarın 24-də keçiriləcək.

Yığıncaqda cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair hesabat veriləcək, cəmiyyətin ləğv olunması ilə bağlı qərar qəbul ediləcək və təsviyəçi təyin ediləcək. Ayrıca, investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və cəmiyyətin aktivlərinin səhmdarlar arasında bölünməsi məsələləri də müzakirə ediləcək.

Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, ev məhəllə 2950-52 ünvanında olacaq. Yığıncaqda iştirak etmək istəyən şəxslərin şəxsiyyət vəsiqəsi və etibarnamə ilə qeydiyyatdan keçməsi tələb olunur.

"Bakı Mexanizasiya Tikinti" ASC 2009-cu ildə dövlət qeydiyyatına alınıb və Nizamnamə kapitalı 39,334 manat təşkil edir. Cəmiyyətin qanuni təmsilçisi isə Mürsəl Qəni oğlu Rzayevdir.

Избранный
28
fins.az

1Источники