RU

Diplomsuz plastik cərrahlarla bağlı 18 FAKT AŞKAR EDİLDİ - RƏSMİ

Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı 18 fakt aşkar edilib.

Yenilik.az  Lent.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev məlumat verib.


 
Onun sözlərinə görə, diplomsuz plastik cərrahlarla bağlı Prokurorluq araşdırmalara başlayıb:
"Prokurorluq belə faktlarla bağlı mütəmadi araşdırmalar aparıb və nəticəsi barədə ictimaiyyətə məlumatlar verib. Bu ilin may və yay aylarında da bu faktlarla bağlı bizə müraciətlər daxil olub".
Saleh Hacıyev qeyd edib ki, prokurorluq tərəfindən aparılan araşdırmalarda Səhiyyə Nazirliyi də yaxından iştirak edib:
"Aparılan araşdırmalar nəticəsində qeyd olunan sahələr üzrə ciddi pozuntular aşkarlandı. Belə ki, müxtəlif şəxslərin aidiyyəti sənədləri olmadan plastik cərrahiyyədə iştirakı müəyyən edildi. Aşkar edilən 18 fakt üzrə müvafiq olaraq inzibati icraatlar başlanılıb".
Baş Prokurorluğun rəsmisi həmçinin onu da bildirib ki, aparılan araşdırmalar zamanı bəzi faktlar öz təsdiqini tapmayıb:
"Bu sahədə 8 halda yol verilən qanun pozuntularını doğuran səbəb və şəraiti aradan qaldırılması məqsədi ilə təqdimatlar verilib, həmçinin, qanun pozuntularından çəkindirmək məqsədi ilə 9 halda vətəndaşlara və vəzifəli şəxslərə Baş Prokurorluq tərəfindən xəbərdarlıq elan edilib.
Bütün bu hallar xəstəxana rəhbərliyi və işçi heyəti ilə müzakirə olunub.
Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir".
Избранный
13
20
yenilik.az

10Источники