RU

Suriya keçid hökumətinin başçısı çağırış etdi – “Geri qayıdın!”

Suriyada “Baas” rejiminin devrilməsindən sonra qurulan müvəqqəti hökumətin Baş naziri Məhəmməd əl-Bəşir xaricdəki həmyerlilərinə çağırış edib.

KONKRET.az xəbər verir ki, Məhəmməd əl-Bəşir bu haqda İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verib.

O bəyan edib ki, müvəqqəti hökumətin qarşısındakı birinci məqsəd Suriyanın bütün şəhərlərində təhlükəsizlik və sabitliyin təmin edilməsi, növbəti isə milyonlarla vətəndaşın geri qayıtmasını təmin etməkdir:

“Xaricdəki bütün suriyalılara səslənirəm: Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın! Suriyanı təzədən qurmalı, yenidən doğulmalıyıq, köməyinizə ehtiyacımız var”.//Qafqazinfo

Избранный
26
3
konkret.az

4Источники