RU

Lukaşenko MDB ölkələrinin penitensiar xidmətləri üçün kadrların hazırlanması haqqında sazişi təsdiqləyib

Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrinin penitensiar xidmətləri üçün kadrların hazırlanması haqqında saziş layihəsini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bununla bağlı 461 nömrəli müvafiq fərman dekabrın 11-də dövlət başçısı tərəfindən imzalanıb.

Mətbuat xidmətinin məlumatına görə, Lukaşenko Belarus Daxili İşlər Nazirliyinə saziş layihəsi üzrə danışıqlar aparmaq, lazım gəldikdə ona fundamental xarakter daşımayan dəyişikliklər etmək icazəsi verib.

Bundan əlavə, təsdiq edilmiş layihə çərçivəsində razılaşma əldə edildikdə, hökumətə sazişi imzalamaq səlahiyyəti verilir.

Избранный
6
2
far.az

3Источники