Lerikdə iri qaya parçası yola düşüb.
Kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov hadisəni təsdiqləyib:
"Dico kənd sakinlərinin rayonla daha qısa yolu Veri-Dico yolu bağlanıb. Sakinlər digər yol olan Tikaband-Hücü-Dico yolundan istifadə edirlər. Bu da əsas yoldan bir az uzaq olur. Məsələ ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıblar. Yolsuzluq şəraitinə görə əraziyə ağır texnika çıxa bilmir. Qaya parçasını yoldan götürmək üçün digər alternativ variantlar nəzərdən keçirilir".
Qeyd edək ki, hazırda Dico kəndində 10-a yaxın ailə yaşayır.