RU

Şok: azərbaycanlı klub rəhbəri həbs olundu!

Təxminən bir saat əvvəl Rusiyanın müxtəlif media qaynaqları azərbaycanlı biznesmen (1972-ci il avqustun 23-də Tərtərdə anadan olub), premyer-liqada mübarizə aparan “Ximki”nin sponsoru Tufan Sadıqovun həbs olunduğunu xəbər verib. Lakin “teleqram” kanallarında dəqiqləşdirmə apararkən məlum oldu ki, hüquq-mühafizə orqanları biznesmenin istintaq təcridxanasına göndərilməsinə çalışsalar da, vəkilləri onun ev dustaqlığı cəzasını çəkməsinə nail olublar. Soydaşımız Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291.2 maddəsi (kiçik rüşvətxorluq) ittiham olunur. Çərşənbə axşamı Tufan bəyə malik şirkətlərdə axtarış aparılıb. Çox güman, bu, Moskvaətrafı klubun maliyyə problemləriylə bağlı deyil. Amma sahibkarın kommersiya fəaliyyəti ilə bağlı suallar var.
Yeri gəlmişkən, Tufan Sadıqovun oğlu İlya da “Ximki”nin şərəfini qoruyur.

Избранный
39
football-plus.az

1Источники