RU

Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb


Bu ilin ilk 9 ayında Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 1 milyard 380,6 milyon dollar birbaşa investisiya yatırıb.


Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalıb.
Qeyd edək ki, kəskin azalma Türkiyə iqtisadiyyatına yatırılan investisiya ilə bağlı olub. Belə ki, ötən ilin ilk 9 ayında Azərbaycan Türkiyə iqtisadiyyatına 1 milyard 760,2 milyon dollar investisiya yatırdığı halda, bu ilin ilk 9 ayında bu göstərici 10 dəfə azalaraq 175,4 milyon dollara düşüb.
Əvəzində isə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına yatırdığı investisiyalar 5,5 dəfə artaraq 79 milyon dollardan 431 milyon dollara yüksəlib.
Azərbaycanın ən çox investisiya yatırdığı ölkələrin ilk 10-luğu belə olub:
Birləşmiş Ərəb Əmirlikləri – 31,2% (431 milyon dollar);
Türkiyə – 12,7% (175,5 milyon dollar);
Gürcüstan – 6,9% (95,7 milyon dollar);
Böyük Britaniya – 6,3% (87 milyon dollar);
Özbəkistan – 5,7% (79,3 milyon dollar);
İtaliya – 4,2% (57,8 milyon dollar);
Avstriya – 3,5% (48,6 milyon dollar);
İsveçrə – 3,5% (47,7 milyon dollar);
ABŞ – 3,4% (46,3 milyuon dollar);
İsveç – 2,1% (29,2 milyon dollar).


Избранный
7
3
nuh.az

4Источники