RU

"Daha pis ola bilərdi"

"Liverpul"un müdafiəçisi Co Qomez rotasiya oyunçusu olmağın nə olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "İndependent" 27 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

“Əlbəttə ki, çətindir, meydançaya çıxmaq fürsətinin nə vaxt və hansı mövqedə olacağını heç vaxt bilmirsən. Məndən asılı olan hər şeyi edirəm, istənilən vəziyyətdə peşəkar olaraq qalıram. Mən gözəl klubdayam - bu, artıq müsbət məqamdır, bundan da pis ola bilər. Təbii ki, istənilən futbolçu oynamaq istəyir, ona görə də çalışıram ki, istənilən vaxt meydançaya çıxım. Mən artıq roluma öyrəşmişəm, bir çox eniş-yoxuşlardan keçmişəm, komandada olmaq fürsətindən həzz alıram”

İngilis oyunçu İngiltərə Premyer Liqasının bu mövsümündə "Liverpul"un heyətində cəmi 5 matçda iştirak edib.

Избранный
33
90deqiqe.az

1Источники