Rusiyanın “Ximki” futbol klubunun azərbaycanlı investoru Tufan Sadıqov müvəqqəti olaraq ev dustaqlığına buraxılıb.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, məhkəmə işində Sadıqovun soyadına işarə edən və T.A.O inisiallarını əks etdirən vəsiqə mövcuddur. Saxlanılan bu şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin 291.2-ci “Xırda rüşvət alma” maddəsi ilə iş açılıb.
İstintaq iş adamının həbs edilməsini istəsə də, məhkəmə bundan imtina edib. Bundan sorna iş adamı Tuşinski məhkəməsi tərəfindən ev dustaqlığına göndərilib.