RU

"Barselona" klubunun baş məşqçisi iki oyunluq cəzalandırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Flikə iki oyunluq cəza verib.
Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis "Leqanes" və "Atletiko Madrid"ə qarşı keçiriləcək ev oyunlarında texniki zonada iştirak edə bilməyəcək.
Bu qərar Flikin La Liqanın XVI turunda "Betis"lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəbindən qəbul edilib. Klub bu qərara qarşı apelyasiya şikayəti verməyi planlaşdırır.
Qeyd edək ki, "Barselona" 17 turdan sonra 38 xalla İspaniya çempionatında liderliyini davam etdirir.
Избранный
69
26
oxu.az

10Источники