RU

Blinken Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken dekabr 12-də Türkiyəyə rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfər dekabrın 13-dək davam edəcək. Nazirlik səfərin təfərrüatlarını açıqlamayıb.

Türkiyə mətbuatı bildirib ki, Blinken bu ölkənin xarici işlər naziri Hakan Fidanla görüşəcək. Görüşün gündəliyinin əsas məsələsi Suriyadakı son hadisələr olacağı gözlənilir.

Избранный
29
musavat.com

2Источники