RU

"Berlini cəhənnəmə çevirəcəyik!" - Suriyalı qaçqınlar Avropada müharibəyə başlamağa hazırdırlar

Artıq Avropanın 10 ölkəsi, o cümlədən Almaniya, Danimarka və Avstriya suriyalı qaçqınları vətənlərinə göndərəcəklərini bəyan ediblər - çünki Suriyada artıq Bəşər Əsəd rejimi yoxdur.

"AiF" nəşri bununla bağlı Almaniyadakı suriyalıların fikirlərini öyrənib.

Bildirilir ki, alman siyasətçilər artıq Suriyadan olan qaçqınları vətənlərinə aparacaq təyyarələr icarəyə götürməyi təklif ediblər: vidalaşarkən hər kəsə 1000 avro verilməsi planlaşdırılır. Ancaq suriyalıların özləri bu vəziyyətlə razı deyillər.

"Onlar bizimlə zarafat edirlər? Mən artıq burada yaşamağa öyrəşmişəm. Burada atəş açmırlar, həmişə elektrik və isti su var, mən Almaniyanı tərk edəcək qədər dəli deyiləm. Əgər məcbur etməyə başlasalar, sadəcə, qaçacağam və düşünürəm ki, başqaları da eyni şeyi edəcəklər. Biz bir milyonuq, etiraz edəcəyik, Berlini dağıdacağıq. Mən Avropada yaşamağa layiqəm! Qərb bizdə müharibə başlatdı, yüzminlərlə insanı məhv etdi, qoy indi pul ödəsin və öz şəri üçün cavab versin, bu, tamamilə normal qaydadır", - deyə Hələbdən Avropaya gələn 28 yaşlı Məhəmməd deyib.

Yeniyetmə yaşlarında valideynləri ilə AFR-ə gedən və Berlinin Kroysberq rayonunda yaşayan dəməşqli 24 yaşlı qaçqın Jan (xristian-maronit) da Suriyaya geri qayıtmaqdan qəti şəkildə imtina edir.

"Onlar dəli olublar! Ölkədə hakimiyyəti ABŞ-nin terrorçular siyahısına saldığı, tutulmasına görə 10 milyon dollar mükafat təyin edilmiş bir adam ələ keçirib və mənə deyirlər ki, hər şey normaldır, indi sizdə demokratiya və azadlıq var, evə get. Xristianlar Suriyada dəhşətli qırğın yaşadılar, mən bir daha o torpağa toxunmaq istəmirəm. Qərb döyüşçüləri silahlandırdı, Suriyanı cəhənnəmə çevirdi və indi məni qovurlar? Mən aclıq aksiyası elan edəcəyəm, yenidən Dəməşqə getməkdənsə ölmək yaxşıdır!" - deyə Jan vurğulayıb.

Nəşr Almaniyada sorğu aparılan suriyalı qaçqınların heç birinin Bəşər Əsədi sevmədiyini və hamısının onu diktator hesab etdiyini vurğulayıb. Eyni zamanda, onlar hamılıqla belə nəticəyə gəlirlər ki, Əsədin devrilməsindən sonra Suriyadakı vəziyyət əvvəlkindən daha pis olacaq.

"Almaniya hökumətinin bir milyonluq suriyalının indi hamılıqla qalxıb evlərinə qayıdacağına olan inamı sadəlövh uşaq nağılıdır", - deyə məqalədə vurğulanıb.//Oxu.Az

Избранный
14
2
musavat.com

10Источники