RU

Boşqabında yemək saxlayanlar cərimələnəcək - Qəribə qərar

Avstriyada bəzi restoranlar qida israfının qarşısını almaq məqsədilə yeni qayda tətbiq etməyə başlayıblar.

SeherXeber.org Milli.Az-a istinadən xəbər verir ki, "All you can eat" (İstədiyin qədər ye) konseptində fəaliyyət göstərən məkanlarda artıq yemək götürüb onu tamamilə yeməyən müştərilər əlavə ödəniş etməli olacaqlar.

Xüsusilə Graz şəhərində yerləşən bəzi Asiya restoranları, "Running Sushi" və "All you can eat" kimi yerlərdə müştərilərdən qabında qalan artıq yeməklərə görə 5-10 avro arasında cərimə tələb edir. Bu addım, xüsusilə Yeni il şənliklərində və böyük ziyafətlər zamanı ənənəvi olaraq hazırlanmış müxtəlif yeməklərin israf edilməsinin qarşısını almaq məqsədi daşıyır.

Avstriyada tətbiq olunan bu qayda digər ölkələrdə də oxşar təşəbbüslərin başlanması üçün nümunə ola bilər.

Избранный
3
8
seherxeber.org

9Источники