“BOKT-nin emissiya etdiyi kredit kartlarının dövriyyəsi haqqında statistik hesabat” cədvəlində (ÖS-BOKT-2.2) hesabat dövrünün əvvəlinə dövriyyədə olan, hesabat dövrü ərzində dövriyyəyə buraxılmış, hesabat dövrü ərzində dövriyyədən çıxarılmış, hesabat dövrünün sonuna dövriyyədə olan, hesabat dövründə istifadə edilməyən (hesabat dövrü ərzində istifadəçisi tərəfindən heç bir ödəniş və nağd pulun çıxarılması əməliyyatı aparılmayan kredit kartı), hesabat dövrü ərzində yalnız nağdlaşdırma əməliyyatı aparılan kredit kartlarının və istifadəçilərinin sayı qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“BOKT-nin kredit kartı istifadəçisi olan fiziki şəxs müştəriləri haqqında statistik hesabat” (Forma ÖS-BOKT-3 – Əlavə №35) “BOKT-nin fiziki şəxs müştəriləri haqqında statistik hesabat” (ÖS-BOKT-3.1) və “BOKT-nin FİN məlumatları əsasında eyniləşdirilən fiziki şəxs müştəriləri haqqında statistik hesabat” (ÖS-BOKT-3.2) cədvəllərindən ibarətdir.