RU

Respublikamızda 1 həftə iş olmayacaq - Novruza görə

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov gələn ilin bayram günləri ilə bağlı Qərar imzalayıb.

2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Gələn il 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 2025-ci ilin Novruz bayramında ardıcıl 7 gün - 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq.

Martın 27-si isə bayramdan sonra ilk iş günü olacaq.

Избранный
3
16
sportinfo.az

10Источники