RU

Erməni neonasistləri ölkədə öz reyxlərini qurmaq istəyirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dekabrın 18-də "Hosank" neonasist siyasi hərəkatının üzvləri İrəvanın mərkəzində mətbuat konfransı keçirməyi planlaşdırır. Respublika hakimiyyəti radikal birliyin planlarına mane olmur.
Oxu.Az xəbər verir ki, bu barədə glavny.tv məlumat yayıb.
Hərəkat Ermənistanın, eləcə də Qarabağın tarixi ərazilərini özündə birləşdirən qüdrətli erməni dövlətinin yaradılmasına çağırır. Birlik üzvləri ağdərililərin üstünlüyü ideyasını irəli sürür və ölkədə yalnız bütövlükdə erməniəsilli şəxslərin vətəndaşlıq almasına icazə verilməsini istəyirlər. Təşkilat, həmçinin erməni diasporunun repatriasiyasını təşviq edir.
Hərəkat yalnız Ermənistanda daimi yaşayan avropalıları dəstəkləyir və digər insanları "müvəqqəti qonaqlar" adlandırır. Radikallar xalqı idarə etmək üçün səsverməyə layiq sayılan vətəndaş azlığı tərəfindən seçiləcək ali liderin yaradılmasını tələb edirlər.
Избранный
29
oxu.az

1Источники