RU

ABŞ-ın “mükafatı”...

Vaşinqtonun sifarişlərini yerinə yetirən şəbəkə necə “qəhrəmanlaşdırılır”...

Müstəqil xarici və daxili siyasət yürüdən ölkələrə qarşı təzyiq və müdaxilə imkanlarını artırmaq üçün bir çox güclər, xüsusilə ABŞ aktiv şəkildə KİV və QHT sektorundan istifadə edir. ABŞ-ın xarici siyasət kursunun ən mühüm detallarından biri sayılan “nəzarət və təsiretmə” kimi ştrixlər isə hər zaman “demokratiya”, “insan hüquq və azadlıqları” adlı “pərdə” arxasında gizlədilir. Təsadüfi deyil ki, ABŞ-ın son illərdə açılan kartlarının hər birinin altından ya gizli xəfiyyə xidməti göstərən KİV nümayəndələri, ya da pulla ələ alınmış QHT üzvləri “boylanır”. Çox uzağa getməyək - son aylarda Gürcüstanda baş verənlər bunun əyani sübutudur.

“Əlaltı media”, yoxsa məqsədli “qəhrəman”?

ABŞ-ın sözügedən “agent” siyasəti isə tək Gürcüstanla məhdudlaşmır. Əlinin “çatdığı” və ya “çatmadığı” ölkələrdə bu kimi şəbəkələr yaradan Vaşinqton onları öz maraqları üçün xidmətə “sövq edir”, nəhayətində isə onları “qəhrəman” kimi təqdim etməyə çalışır - öz ölkəsinin və xalqının maraqlarını Qərb imperialist mənafeyinə satanlar ABŞ-ın “mükafatlarına” layiq görülürlər.

Bir müddət öncə ifşa edilən bəzi informasiya resurslarının da birmənalı şəkildə Azərbaycana qarşı olan fəaliyyətlərə “yardımçı” olmaq üçün maliyyələşdirildiyi meydana çıxmışdı. Abzas.net şəbəkəsi və ona bənzər şəbəkələr Vaşinqtonun gizli planının tərkib hisssəsi idi. Bu şəbəkələrin formalaşdırılması isə həm informasiya savaşında, həm də siyasi proseslərdə təzyiq vasitəsi kimi istifadə edilməyə hesablanmışdı - onların əli ilə qərəzli və yalan “məlumatlar yayılır”, və həmin” lazımi məqamda ABŞ tərəfindən “istinad nöqtəsi” kimi istifadə olunur. Onların maliyyələşməsi də bəlli ünvanlardan edilirdi - məsələn, bu işdə ABŞ Dövlət ?epartamentinin “arxa bağçası” rolunu oynayan USAID daha çox fərqlənir. Amma bu plan da işləmədi - ABŞ-a xidmətçilik edənlər ifşa edildi, qanuni şəkildə məsuliyyətə cəlb olundular.

ABŞ bu gün həmin “agent şəbəkəsi” üzərindən yeni “oyun qurmağı” planlaşdırır. “Abzas Media”nın rəhbəri, həbsdə olan Sevinc Vaqifqızının ABŞ Dövlət ?epartamenti tərəfindən “mükafatlandırılması” məhz bu oyunun növbəti ssenarisi sayıla bilər.

Bayden korrupsiyada ittiham edilir - Dövlət Departamenti bunu niyə araşdırmır?

Təsir və müdaxilə edə bilmədiyi ölkələrə qarşı yalandan şər-böhtan kampaniyası həyata keçirən ABŞ görəsən, güzgüdə niyə özünə baxmır? Əslində, korrupsiya ilə bağlı araşdırmalar ABŞ-ın özündə aparılmalıdlr. Pentaqonda on milyardlarla dollar yeyinti aşkarlanır, amma bu barədə heç kim yazmır, kimsəyə mükafat verilmir. Əvəzində Bayden öz cinayətkar oğlunu azad etdirir. Bu, Bayden administrasiyasının siması olmaqla yanaşı, həm də ayrı-ayrı ölkələrdə hüquq müdafiəçisi adı altında verilən mükafatların əsl mahiyyətini göstərir.

Təsadüfi deyil ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sələfi Co Baydeni Amerika vergi ödəyicilərinin Ukraynaya göndərdiyi vəsaitləri mənimsəməkdə ittiham edib. O, Baydenin iqtisadi kursunun “Bidenomika” adlı məqamlarını vurğulayan bir foto da yayımlayıb. Respublikaçı bildirib ki, “Bidenomiks” belə işləyir: Amerikalılar vergi ödəyir, Bayden onları Ukraynaya göndərir. Ukraynalılar bu vəsaiti Hunter Baydenə köçürür, o, pulu atasına qaytarır, ardınca oğlu üçün əfv qərarı imzalayır.

İrəli sürülən ittihamlara gəldikdə isə, bu haqda, uzun müddətdir ki, məlumatlar yayılır. Bu iddialar əsasən oğul Baydenin Ukraynanın “Burisma Holdings” enerji şirkətindəki fəaliyyəti və atasının ABŞ-ın vitse-prezidenti və sonradan prezidenti olduğu dövrdə xarici əlaqələrdən mümkün sui-istifadəsi ilə bağlıdır. 2020-ci ildə Hunter Baydenə aid olduğu iddia edilən bir laptop üzə çıxıb. Bu cihazda onun biznes fəaliyyətləri, atasının adı çəkilən danışıqlar və şəxsi məlumatlar yer alırdı. Respublikaçılar bu laptopun məzmununun potensial korrupsiya göstəricisi olduğunu irəli sürüblər. Beləliklə, Respublikaçılar ABŞ Konqresində Co və Hunter Baydenin fəaliyyətlərinə dair istintaq başladıb. Hunter Bayden özü vergi ödəməmək və qeyri-qanuni silah əldə etmək ittihamları ilə məhkəmə prosesləri ilə üzləşib. Bu ilin dekabrın əvvəlində isə Bayden Hunteri əfv edən fərman imzalayıb.

Daha bir “qalib” - erməni nazir korrupsiya iddialarına necə susub?

Göründüyü kimi, Bayden adminstrasiyası pulla ətrafında “şəbəkə formalaşdırmaqdansa” ölkəsindəki korrupsiya faktların araşdırmalıdır. Amma Bayden administrasiyası müxtəlif ölkələrdə, o cümlədən də Azərbaycanda xəyanətkarları tapıb pul müqabilində əməkdaşlığa cəlb edir, sonra da öz xalqına və dövlətinə qarşı riyakarlığa görə onları mükafatlandırır, qəhrəmanlaşdırır. Əslində Dövlət Departamentinin tərtib etdiyi “qaliblər” siyahısına nəzər yetirdikdə çox şey aşkara çıxır. Məsələn, Sevinc Vaqifqızı ilə birgə bu “mükafatı” Ermənistandan Srbuhi Qalyan alıb. Qalyan 2020-ci il sentyabrın 1-də Ermənistan Respublikası baş prokurorunun müavini təyin edilib. Yerli medianın yazdığına görə, Qalyan prokurorluqda qanunsuz mənşəli əmlakın müsadirəsi sahəsini koordinasiya edib. Ötən ayın əvvəlində isə Qalyan bu ölkənin ədliyyə naziri təyin edilib. ABŞ-ın “korrupsiyaya qarşı mübarizə” sahəsində qəhrəmanlaşdırdığı Qalyanın nazir müavini olduğu dövrdə ölkədə böyük korrupsiya faktları baş verdi ki, bu haqda erməni mətbuatı davamlı şəkildə yazırdı. Amma Qalyan da daxil olmaqla rəsmi İrəvan bu iddialara nə reaksiya, nə də cavab vermədi. Məsələn, 2020-ci il II Qarabağ müharibəsindən sonra Ermənistanda “Qarabağ Fondu”nun idarə edilməsi ilə bağlı bir sıra korrupsiya iddiaları ortaya çıxdı. Fondda yığılan vəsaitlərin necə istifadə edildiyi ilə bağlı mətbuatda suallar verilirdi. Lakin bu məsələlərə dair ciddi araşdırmalar aparılmadı. Xüsusilə, fondda toplanan yardımların bir hissəsinin şəxsi məqsədlər üçün istifadə edildiyinə dair ittihamlar vardı - amma ədliyyə naziri bu məsələyə reaksiya verməmişdi.

Eynilə müharibə zamanı Ermənistanda toplanan humanitar yardımlar və müharibə sonrası reabilitasiya üçün ayrılan vəsaitlərin çoxunun korrupsiya məqsədləri üçün xərcləndiyi barədə məlumatlar yayıldı. Bu məsələlər barədə də ciddi istintaq aparılmadı və müvafiq şəxslər məsuliyyətə cəlb edilmədi.

Başqa bir iddia isə  “Çirkli pulların yuyulması” və mülkiyyət məsələləri ilə bağlı idi. Ermənistanda son illərdə bir neçə yüksək səviyyəli iş adamı və siyasətçiyə qarşı “çirkli pulların yuyulması” və mülkiyyət məsələləri ilə bağlı araşdırmalar aparılması tələb olunsa da, bu məsələlər mətbuatda daha çox müzakirə olunsa da, hakimiyyət tərəfindən bu faktlar dərindən araşdırılmayıb.

Bu siyahını daha da artırmaq olar. Ermənistanda bu korrupsiya məsələlərinin çoxu hələ də mətbuatın gündəmində qalır, amma bu faktlar hələ də lazımi şəkildə araşdırılmayıb və cinayətkarlar cəzalandırılmayıb. Belə olan halda Qalyan hansı “istedadına” görə, ABŞ Dövlət Departamentinin mükafatını alıb? Demək ki...

SADİQ

Избранный
49
yeniazerbaycan.com

1Источники