AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
12 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür:
Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti (1993-2003) Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
12 dekabr 1913-cü ildə Mona Lisa tablosu tapıldı:
1911-ci ildə Parisin Luvr Muzeyindən oğurlanan "Mona Liza" (Mona Lisa) tablosu 1913-cü ilin 12 dekabrında İtaliyanın Florensiya şəhərində tapıldı.
12 dekabr 1928-ci ildə Qırğızıstanda dünya ədəbiyyatının tanınmış yazıçısı Çingiz Aytmatov anadan olub:
Ç.Aytmatov üçün ədəbiyyatda yeganə və böyük mövzu – insan mövzusu var. Yazıçının “Gün var əsrə bərabər” romanı ilə yanaşı, “Əlvida, Gülsarı!”, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” və “Cəmilə” povestləri də o bəşəri insanı yaxşı və ya pis – bütün xasiyyətləri ilə birgə açır.
12 dekabr 2002-ci ildə Xalq şairi Cabir Novruz vəfat edib:
Onun şeirlərinə populyar mahnılar, o cümlədən, “Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən”, “Tələbəlik illəri” və s. bəstələnib.