RU

İlon Maskın sərvəti 400 milyard dollara çatdı

İlon Mask tarixdə sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.

KONKRET.az  “Bloomberg”ə istinadən xəbər verir ki,  onun sərvətinin artmasının ən son katalizatoru “SpaceX” səhmlərinin insayder satışı olub.  Bunun nəticəsində Maskın xalis sərvəti təxminən 50 milyard dollar artaraq 439,2 milyard dollara çatıb. Çərşənbə günü “SpaceX” və onun investorları şirkətin işçilərindən və digər sahiblərindən 1,25 milyard dollar dəyərində səhm almağa razılaşıblar. Kosmik firmanı təxminən 350 milyard dollar dəyərində qiymətləndirən müqavilə “SpaceX”-i dünyanın ən dəyərli özəl startapı edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
8
1
konkret.az

10Источники