RU

Bu ölkə Zəngəzurla bağlı geri çəkildi: Qaydalar dəyişdi...

AĞ Partiya başqanı Tural Abbaslı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibənit təqdim edirik:

- Suriyada rejim dəyişikliyinin Cənubi Qafqazdakı proseslərə təsiri haqqında fərqli fikirlər var. Gözləntilər nədən ibarətdir?

- Qloballaşma şəraitində dünyanın bir regionunda baş verən siyasi proseslərin digər bölgələrlə əlaqələndirilməməsi mümkün deyil. Ona görə də Suriyada baş verən hadisələrin Cənubi Qafqaz bölgəsində hansısa təsirlərinin olmayacağı ilə bağlı yanaşmalar səhfdir. Sözsüz ki, bunun siyasi, iqtisadi təsirləri olacaq. Çünki iqtisadi cəhətdən dövlətlər bir-biri ilə əlaqəlidirlər. Suriyanın neft ixracı, İranın bu ölkə ilə əlaqələri, Rusiyanın bölgədə olan hərbi bazası və Türkiyənin regionda olan maraqları fonunda başqa anlayışlardan danışmaq yersizdir. Bu qədər maraqların bir ölkədə cəmləşməsi təbii ki, dünya bazarlarındakı duruma, iqtisadi proseslərə də təsir edir. Siyasi müstəvidə də bu regionda baş verənlər president kimi önə çəkilir.

- Azərbaycan üçün Suriyada baş verən hadisələr nə dərəcədə önəm kəsb edir?

- Burada əsas reallıq regionda olan qüvvələrin eyni olması ilə bağlıdır. Faktiki olaraq tanıdığımız, Cənubi Qafqazda olan tərəflər Suriyada da baş-başa dayanıblar. Suriyada əsas aktorlar Türkiyə, Rusiya, İran, ABŞ-dır. İran Suriyada "Hizbullah"ın əli ilə təmsil olunurdu. Rusiyanın da öz növbəsində burada hərbi bazası var. Türkiyə isə Suriya ilə birbaşa sərhəddə malik olduğu üçün orada baş verən hadisələr, eyni zamanda təhlükəsizlik məsələləri Ankara üçün əsas amildir. Amerika da öz növbəsində burada ayrı-ayrı qüvvələrin timsalında güc kimi çıxış edir.

- Proseslərin regiona təsiri daha çox hansı müstəvidə özünü göstərə bilər. Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bu hadisələrin təsiri olcaqmı?

- Bu gün Türkiyə Zəngəzur dəhlizinin açılmasında daha çox maraqlıdır. Hətta Rusiya da bu prosesdə müsbət rəyə malikdir. Amma İran bu məsələni özünün “qırmızı xətti” adlandırır. Avropa İttifaqı və Amerika isə Gürcüstanda iqtidarı dəyişib, Tbilisini öz orbitinə qaytarmaq istəyir. Ermənistanda Rusiya özünün zəifləmiş mövqelərini bərpa etmək niyyətindədir. Belə bir reallıqda sözsüz ki, güclü olanların mövqeyi ortaya çıxır. Hazırda siyasi kartlar məhz bu cür dağıdılıb. İranın məhz Suriyada Bəşər Əsəd rejiminin devrilməsi fonunda mövqelərinin zəifləməsi, digər müstəvilərdə geriləməsi onun Cənubi Qafqazla bağlı siyasətinə də təsirsiz ötüşməyəcək. Çünki İranın sona qədər Suriyada öz mövqelərini qoruyacağı ehtimal edilir. Eyni zamanda Rusiya da Əsəd rejiminin ayaqda qalması üçün çalışacağı düşünülürdü. Amerikanın isə öz növbəsində dəstəklədiyi qüvvələrin, xüsusən də PKK terror təşkilatının nəzarətində olan ərazilərə müdaxiləyə imkan verməyəcəyi ehtimal edilirdi. Amma baş verənlər bütün bu iddiaları alt-üst etdi. Faktiki olaraq Türkiyənin dəstəklədiyi “Azad Suriya” ordusu və digər qüvvələr, o cümlədən “Heyət Təhrir əş-Şam”ın (HTŞ) proseslərin axarını dəyişməyə nail oldu. Ona görə də Suriyada baş verən proseslər Cənubi Qafqazda da daşların yerindən tərpənməsi ilə müşahidə edilə bilər. Bu reallığın İranı Zəngəzur dəhlizi məsələsində də geri durmağa sövq edəcəyi ehtimalı var. Eyni zamanda ABŞ-nin Gürcüstanda daha aqressiv siyasət sərgiləməsi də mümkündür. Həmçinin Rusiyanın Suriyada itirdiyi mövqelərini Gürcüstanda və Ermənistanda bərpa etməyə çalıcağı da guman edilir.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
40
teleqraf.com

1Источники