Azərbaycanda dekabrın 12-si saat 9:00-a olan məlumata əsasən hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Yardımlı, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 5, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb.