İspaniya millisinin və "Real Madrid"in sabiq müdafiəçisi Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə "Boka Xuniors" ciddi maraqlanır.
Argentina klubunun rəhbərliyi iki əfsanəni – Ramosu və hazırda "Boka"da çıxış edən uruqvaylı Edinson Kavanini birlikdə iş başında görmək istəyir.
Danışıqlara yanvar ayında start veriləcəyi gözlənilir. "Boka" klub dünya çempionatından öncə heyətini gücləndirmək niyyətindədir.
Xatırladaq ki, turnir 2025-ci il 15 iyun - 13 iyul tarixlərində ABŞ-da keçiriləcək.
Rafael