RU

Azərbaycanda ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı artıb

2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub. Bunlar arasında böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova məlumat verib.

O bildirib ki, indiyə kimi beyin ölümü keçirdikdən sonra könüllü olaraq donor olmaq istəyib sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edən şəxslərin sayı məxfidir.

O həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb.

Onun sözlərinə görə, yaxın gələcəkdə könüllü donor olmaq istəyən şəxslər mygov.az platforması üzərindən müraciət edə biləcəklər:

“Lakin hazırda bu prosesə dəstək olmaq və donor olmaq istəyənlər üçün qurumumuza məxsus odtkm.gov.az rəsmi internet səhifəsində xüsusi olaraq yaradılan “Donor ol” bölməsi fəaliyyət göstərir. Həmin bölmə vasitəsilə könüllü donor olmaq istəyən hər kəs sadə və rahat bir şəkildə müraciət edə bilər. Bu addım, cəmiyyətimizin sağlamlığı və humanizm prinsiplərinə əsaslanaraq, donor olmağı daha əlçatan etmək məqsədilə atılıb”.

Избранный
6
23
heftelik.az

10Источники