RU

Səddamı Yezidlə müqayisə etsək... Tural İrfan yazır

Biz tərəflərdə köhnə kişilər zalım, xain və rəhmsiz adama "Yezid-Əliallahı" deyirdilər. Yezid məlumdur ki, qəddarlıq və fasiqlik obrazıdır. Əliallahı isə ondan daha betərdir. Mənbələrə görə ilk Əliallahları İmam Əli cəzalandırıb, ancaq yenə də toxumaları qalıb. Məsələn, Səddamı Yezidlə müqayisə etsək Əsədi Əliallahı kimi qəbul etməliyik ki, elə o cürdür.
Əsədin dini əqidəsi Nusayrilik fars Ələviliyi adlanan, Əliallahı cərəyanıdır ki, müstəqil batini etiqada əsaslanır. Mənbələrdə bu kimi İslamdan xaric olmuş təriqətlər Ğulat adlanır.
Bu təriqətin haqqında vaxtım olanda geniş yazacam. Ancaq onu deyə bilərəm ki, əsasları və fəaliyyəti çox gizli tutulan, hətta kitablarını belə əldə buraxmayan təşkilatdır. Qurulma səbəbi müsəlmanları öz içindən məhv etmək, İslamı daxildən çürütməkdir. Həşşaşilik, Qərmətilik xəttinin daha amansız formasıdır. Fars təmayüllüdür. Salman Farsini tanrı qəbul edirlər.
Bu dində mərhəmət, humanizm, insaf, ədalət prinsipləri müsəlmanlara xas prinsiplər olduğu üçün qətiyyən yolverilməzdir. Əsədin babası Süleyman Əsəd Suriyanı o dövrdə Fransaya satarkən məhz Nusayri olduğunun əsl mahiyyətini ortaya qoymuşdur.
Hafiz Əsədlə çevriliş edib hakimiyyəti ələ alan 6 nəfərdən 3 - ü əqidəcə İsmaili batinisi, Əsəd və digərləri isə Nusayri etiqadında olanlar olub. Hafiz Əsəd bir qədər sonra həmin 5 nəfəri məhv edərək yalnız başına rejimə sahiblənib. Yəni, onların dininə görə adam əti yemək, qəddarlıq, xəyanət, cəlladlıq adi hallardır.
Bu haqda daha ətraflı və detallı yazacam...
Tural İrfan, MCP-nin sədr müavini
Избранный
40
news365.az

1Источники