RU

Cənubi Koreya parlamenti ədliyyə nazirini impiçment elan edib

Cənubi Koreya parlamenti ədliyyə naziri Park Sang Ki və baş polis komissarı Ço Ji-hoya qarşı impiçment elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.

İclasda iştirak edən 295 deputatdan 195-i nazirin impiçmentinin lehinə, 100 nəfər isə əleyhinə səs verib.
Polis rəisinin impiçmentinin lehinə 295 nəfərdən 202-i, əleyhinə 88 nəfər səs verib.

Nazirin impiçmenti işi adətən konstitusiya məhkəməsinə verilir və o, yekun qərarı verir.

Избранный
10
ucnoqta.az

1Источники