RU

Suriyada keçmiş rejim bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı problemlər yaradırdı



Suriyadakı vəziyyətlə bağlı Prezident İlham Əliyev və Ərdoğan arasında telefon danışığı olub.

Newscenter.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev çıxışında Suriya xalqına təbriklər çatdırıb:

"Əsəd rejimi çökəndən sonra Azərbaycan tərəfi ümid edir ki, Suriyada sülh və əmin-amanlıq təmin olunacaq. Azərbaycan və Suriya arasında dostluq münasibətləri qurulacaq, ikitərəfli əlaqələr inkişaf edəcək. Suriyadakı keçmiş rejimin rəhbərliyi altında bir çox beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ciddi problemlər yaradırdı. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə qeyri-şərtlə çıxış edirdi. Suriya nümayəndələrinin hətta İslam Əməkdaşlıq Təşkilatı çərcivəsində İslam Həmrəyliyi prinsipinə zidd xarakteri olan açıqlamaları olurdu".

Administrasiya rəsmisi qeyd edib ki, Azərbaycan və qardaş Türkiyə birlikdə məsləhətləşmələr aparaq Suriyada humanitar vəziyyətlə bağlı məsələləri həyata keçirir:

"Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da Suriyadakı vəziyyətlə bağlı humanitar məslələrin həllinə töhvə verməyə hazır olduğunu bildirib".

Sevinc Mehdiyeva
Избранный
22
1
newscenter.az

2Источники