RU

Prezidentə qarşı cinayət və xəyanət faktı

Ziyalılar cinayətə niyə susur?

Bütün ziyalılardan, Jurnalistlərdən, QHT-lərdən XAHİŞ EDİRİK KÖMƏK EDİN!

Heç olmasa, bir suala cavab almaqla həm xalqa, həm də cənab Prezidentə qarşı olan CİNAYƏTİ aradan qaldıraq.

Heyf olsun ki, bəzi mətbuat orqanları, bəzi jurnalistlər ya savadsızlıqdan ya da kimlərinsə tapşırığı ilə Məhkəmənin Vətəndaşlara İmtina etməsinə sanki sevinirdilər.
Özəlləşdirmə Çekləri ilə ilə bağlı DƏMX-nin və 6 Dekabr Bakı İnzibati Məhkəməsində hakimin hərəkətlərinin cinayət olduğunu faktlarla əsaslandıran vətəndaşlar Baş Nazirə, Baş Prokurora və Ədliyyə Nazirinə məktub – Ərizə ünvanlamışdırlar.

Məkubda deyilir:

Çox Hörmətli Cənab Baş Nazir!

Xahiş edirik ki, aşağıdakı suallarımıza cavab verəsiniz. Belə ki, biz həmin sullara heç bir yerdə cavab ala bilmirik.

Hörmətli Baş Nazir, Siz həm Baş Nazir, həm də Cənab Prezidentin Fərmanı ilə Özəlləşdirməyə Dövlət Nəzarəti Komissiyasının Sədri olduğundan Sizdən cox Xahiş edirik bizim suala cavab verəsiniz. Belə ki, 6 Dekabr 2024-cü il tarixlində Bakı İnzibati Məhkəməsində keçirilən iclasda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Özəlləşdirmə Payları (çekləri)nın cənab Prezidentin 2004-cü il tarixli 75 saylı Fərmanının 1.2 bəndinə əsasən dövriyyədən cıxarıldığını söylədi. Məhkəmədə ƏMDX-nin nümayəndəsinə sadə bir sual verildi ki, 2004-cü il tarixli 75 saylı Fərmanının 1.2-ci bəndinin göstərdiyi qanunvericilik qaydası nə vaxt qəbul olunub və bu qayda harada yazılıb. Varsa, deyin bizdə bilək!

ƏMDX-nin nümayəndəsi bu suala cavab verməkdən İMTİNA ETDİ. Məhkəmə hakiminə TƏZYİQ olması GÖZ QABAĞINDA idi. Məhkəmədə 2004-cü il tarixli 75 saylı Fərmanının 1.2 bəndi ilə dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır – yazısını ƏMDX-nin nümayəndəsi öz fərziyyələri və yalanları ilə yozaraq 2011-ci ildən DÖÇ-lərinin DÖVRİYYƏDƏN ÇIXARILDIĞINI söyləyərək, cinayət törədərək – öz çirkin əməllərini həyata keçirmək üçün hüquqi qüvvə verməyə və Dövlət Cinayəti edərək bu QANUNSUZ işi Cənab Prezidentin üstünə atmağa çalışdılar. Hamıya məlumdur ki, Qanunla dövriyyəyə buraxılan DÖP(çeklər)-nın istifadə müddəti cənab Prezidentin Fərmanları ilə 5 dəfə uzadılıb və 2011-ci ildə tədavül və tədiyyə vasitəsi kimi istifadəsi başa çatıb. Bizdə olan Rəsmi Dövlət orqanları tərəfindən verilmiş SƏNƏDLƏRDƏ, Nazirlər Kabinetinin Qərarlarında və Prezidentin Fərmanlarında olan hüquqi faktlar ƏMDX-nin nümayəndəsinin söylədiklərinin TAM ƏKSİNİ göstərir (3 ədəd Rəsmi sənəd əlavə olunur).

Cənab Baş Nazir Ehtimal edirik ki, ƏMDX-nin məmurlarının yalanlarının və bunu gizlətmək istəyən HAKİMLƏRİN əsas məqsədi Cənab Prezidentin adına LƏKƏ salmaq, Xalqı Cənab Prezidentdən və Dövlətimizdən narazı salmaq, Xalqda nifrət hissi oyatmaq və ayağa qaldırmaq olmuşdur. Bu isə Cənab Prezidentə, Xalqımıza və Dövlətçiliyimizə qarşı DÜŞMƏNÇİLİKDİR. BİRİNCİSİ Azərbaycan Respublikası Dövlət Qiymətli Kağızılar Komitəsinin arxivinin 2011-ci ildən 2016-cı ilə qədər olan SUAL-CAVAB BÖLMƏSİNƏKİ məlumatlarında deyilir ki, hal-hazırda özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir.

Bu barədə Hörmətli Vəkilimizin Məhkəməyə əvvəllər göndərdiyi Elektron VƏSATƏTDƏ də yazılıb və orada baxılması vacib olan SAYTLARIN elektron ünvanları var:

https://web.archive.org/web/20160326152215/http://scs.gov.az/muraciet/m36

İKİNCİSİ: Diqqət edin – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞ ƏSASMAMƏDƏ Komitənin vəzifələrinə aşağıdakı bəndlər aiddir:

8.1.4. qiymətli kağızların tədavülü qaydalarını müəyyən etmək;
8.1.5. qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarını müəyyən etmək;
8.2.2. qiymətli kağızların dövriyyədən çıxarılmasına nəzarəti həyata keçirmək;

İKİNCİSİ: Diqqət edin – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə TƏSDİQ EDİLMİŞ ƏSASMAMƏDƏ Komitənin vəzifələrinə aşağıdakı bəndlər aiddir:

8.1.4. qiymətli kağızların tədavülü qaydalarını müəyyən etmək;
8.1.5. qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarını müəyyən etmək;
8.2.2. qiymətli kağızların dövriyyədən çıxarılmasına nəzarəti həyata keçirmək;

Bu vəsatətə əlavə etdiyimiz Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının vətəndaşlara göndərdiyi 2 Rəsmi cavab məktubunda olan cavablar Əmlak Komitəsinin YALAN FƏRZİYYƏSİNİ bir daha təsdiqləyir ( hər 2 cavab müraciətə əlavə edilib):

1) 27 iyul 2017-ci il tarixli cavab məktubda deyilir ki, Dövriyyədə olan DÖÇ-lərinin tədiyyə vasitəsi kimi istifadəsi 2011-ci ilin yanvarında başa çatıb, ancaq Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) dövriyyədən cıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilməyib.
2) 23.10.2017-ci il tarixli cavab məktubunda deyilir ki, 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur.

Diqqət edin həmin dövrdə Azərbaycan Respublikası Mülki Məcəlləsində Qiymətli kağızların dövriyyədən çıxarılması birbaşa tənzimlənib və orada yazılır:

Maddə 1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.
1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.
Eyni zamanda Məhkəmədə Vəsatətlə təqdim olunan SənədləRdə ƏMDX-nin Vətəndaşlara 2016-ci ildə yazdığı cavab məktubunda dövlət özəlləşdirmə paylarının ancaq tədavülünün başa çatdığını və eyni zamanda yeni Qanun layihəsinin hazırlandığını yazmışdır.

Hörmətli BAŞ NAZİR!

Sizin İMZALADIĞINIZ sənədlər də DÖP(çeklər)-nın Qanunla dövriyyədə olduğunu BİRBAŞA təsdiq edir.

Diqqət edin:

1) Bir başa DÖP-ları barədə olan – Əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 15 iyul 2004-cü il 95 nömrəli QƏRARINDA 2011-ci ildən 2022-ci ilə qədər 6 dəfə dəyişiklik edib. https://e-qanun.az/framework/6307

19 oktyabr 2011-ci ildə 168 nömrəli yeni Qərarla dəyişiklik edilib.
11 dekabr 2012-ci ildə yenə də 300 nömrəli Qərarla dəyişiklik edilib.
14 fevral 2014-cü ildə 46 nömrəli ilə Qərarının 21 bəndi ilə dəyişiklik edilib.

13 may 2016-cı ildə 195 nömrəli ilə Qərarının 27 bəndi ilə dəyişiklik edilib.
7 mart 2019-cu ildə 82 nömrəli Qərarının 9 bəndi ilə dəyişikliklər edilib.
5 avqust 2022-ci ildə 285 nömrəli Qərarının 8-ci bəndi ilə dəyişiklik edilib.

2) Özəlləşdirmə Payları ilə bağlı Nazirlər Kabinetinin 2013-cü ildə başqa bir Qərarı da var ( https://e-qanun.az/framework/26741)
“Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü il tarixli 276 nömrəli QƏRAR.

3) Ən ƏSASI NK-nin 2014-cü ildə (https://e-qanun.az/framework/27608 ) QƏBUL OLUNMUŞ daha bir Qərarı var.
“Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN 3 aprel 2014-cü il 94 nömrəli QƏRARINİN 5.5 bəndində yazılırdı – Xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar , dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı Azərbaycan Respublikasının müvafiq qanunlar ilə tənzimlənir.

Buradan göründüyü kimi, 2014-cü ildə DÖP-ları dövriyyədə idi və NK-nin Qərarından da göründüyü kimi onlar DÖVRİYYƏDƏ olduğu müddətdə ancaq müvafiq qanunlarla tənzimlənə bilər. Ən əsas Hüquqi Faktlardan biri də BİRBAŞA DÖP(Çekləri)-rını istifadə qaydasını tənzimləyən Prezidentin FƏRMANIDIR (https://e-qanun.az/framework/28949)

– 14 may 1997-ci il. 579 nömrəli Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanla dəyişikliklər edilib.

Məhkəmənin gedişindəki hərəkətləri ilə və qəbul etdiyi Qərarla Hakim öz vəzifəsini düzgün yerinə yetirmədi və qərəzli mövqe tutdu. Bu, təkcə Məhkəmə iştirakçılarına və 100 minlərlə Ailələrə qarşı deyil, həm də cənab Prezidentə qarşı idi. Hesab edirik ki, Məhkəmədə Hakim və ƏMLAK KOMİTƏSİ məmurları öz yalan mülahizələri və yozmaları ilə DÖVLƏTƏ, Cənab Prezidentə və XALQA qarşı XƏYANƏT edir – bu isə DÖVLƏT CİNAYƏTİDİR. Öz cinayətlərini isə cənab Prezidentin üstünə atmaq istəyirlər.

SİZDƏN 100 minlərlə Ailənin adından XAHİŞ EDİRİK, BİZİM SUALLARA RƏSMİ CAVAB VERƏSİNİZ. Sizdən çox Xahiş edirik Qanunvericiliklə müəyyən olunmuş nüddətdə SUALIMIZA cavab verəsiniz.

2004-cü il tarixli 75 saylı Fərmanın 1.2 bəndinin göstərdiyi qanunvericilik qaydası nə vaxt qəbul olunub və bu qayda harada yazılıb? Qanuna uyğun olaraq bu məlumat harada dərc olunub?

Sual: Bu gün Qanunla Dövlət Özəlləşdirmə Çekləri DÖVRİYYƏDƏN çıxarılıbmı? Yoxsa tədavül və tədiyyə vasitəsi kimi istifadəsi başa catmasına baxmayaraq hələ də dövlət qiymətli kağızı olaraq DÖVRİYYƏDƏDİR?

Böyük ümidlə cavab gözləyirik.

Baş PROKURORA ünvanlanmış Məktubda Cənab Kamran Əliyevə bunlara əlavə olaraq yazılıb:

Cənab Baş Prokuror!

Ehtimal edirik ki, ƏMDX-nin məmurlarının yalanlarının və bunu gizlətmək istəyən HAKİMLƏRİN əsas məqsədi Cənab Prezidentin adına LƏKƏ salmaq, Xalqı Cənab Prezidentdən və Dövlətimizdən narazı salmaq, Xalqda nifrət hissi oyatmaq və ayağa qaldırmaq olmuşdur. Bu isə Cənab Prezidentə, Xalqımıza və Dövlətçiliyimizə qarşı DÜŞMƏNÇİLİKDİR. Hakim Məhkəmənin gedişindəki hərəkətləri ilə və qəbul etdiyi Qərarla öz vəzifəsini düzgün yerinə yetirmədi və qərəzli mövqe tutdu. Bu tək Məhkəmə iştirakçılarına və 100 minlərlə Ailələrə qarşı deyil – həm də cənab Prezidentə qarşı Ləyaqətsizlik idi. Hesab edirik ki, Məhkəmədə Hakim və ƏMLAK KOMİTƏSİ məmurları öz yalan mülahizələri və yozmaları ilə DÖVLƏTƏ, Cənab Prezidentə və XALQA qarşı XƏYANƏT edir – bu isə DÖVLƏT CİNAYƏTİDİR.

Əlavə olaraq qeyd edək ki, qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılması haqqında qanunvericilik aktı nə vaxt qəbul olunub və nə vaxt qəzetdə elan olunub ki, Məhkəmənin Hakimi bilə – bilə cinayət edərək, DƏMX-nin fantaziyasına inanıb 10 il müddətin keçməsini yazaraq araşdırmadan İMTİNA haqqında öz qərarını əsaslandırıb.

Əlavə olaraq qeyd edək ki, qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılması haqqında qanunvericilik aktı nə vaxt qəbul olunub və nə vaxt qəzetdə elan olunub ki, Məhkəmənin Hakimi bilə – bilə cinayət edərək, DƏMX-nin fantaziyasına inanıb 10 il müddətin keçməsini yazaraq araşdırmadan İMTİNA haqqında öz qərarını əsaslandırıb.

Hamıya məlumdur ki, Mülkiyyət hüququnu pozan İcra Hakimiyyəti orqanlarının Aktları barədə Şikayət vermək ZAMANA TABE DEYİLDİR.

ƏN ƏSASI Ədliyyə Naziri Cənab Fərid Əhmədova olan müracət Məktubunda yuxarıdakı məlumatlarla yanaşı – Sual olunur ki, bu gün Qanunla Dövlət Özəlləşdirmə Çekləri DÖVRİYYƏDƏN çıxarılıbsa, Qanuna uyğun olaraq nə vaxt – müvafiq məlumat dərc edildilib? Sizdə belə bir qanunvericilik aktı Reqistrdə QEYDƏ ALINIBMI?
Yoxsa Özəlləşdirmə Paylarının tədavül və tədiyyə vasitəsi kimi istifadəsinin başa çatmasına baxmayaraq, hələ də dövlət qiymətli kağızı olaraq DÖVRİYYƏDƏDİR?
Sizdən cox Xahiş edirik Sizdə belə bir qanunvericilik aktı Reqistrdə QEYDƏ ALINIBSA, Qanunvericiliklə müəyyən olunmuş qaydada və nüddətdə SUALIMIZA cavab verəsiniz.

6 DEKABR Azərbaycan Tarixində Məhkəmənin Xalqa və Prezidentə qarşı CİNAYƏTİ KİMİ yadda qaldı. HAKİM öz Qərardadında belə yazdı – Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, dövlət özəlləşdirmə çekləri 2011-ci ildə dövriyyədən çıxarılmışdır. Bu səbəbdən həmin çeklərin hər hansı hüquqi qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər ( PA, Maliyyə Nazirli və İqtisadiyyat Nazirliyi) təyin edilmiş məhkəmə iclasında təmsil edilməmişlər.

İNDİ DİQQƏT EDİN

Savadsızlıq – Yoxsa…. İddiaçıların Ərizəsində tam aydınlığı ilə dəfələrlə yazılan bir hüquqi Faktı Hakim özünü savadsızlığa qoyaraq öz QƏRARDADINDA belə yazdı – Eyni zamanda qeyd edilməlidir ki, özəlləşdirmə çekləri tədavülə “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli, 450 nömrəli Fərmanına əsasən buraxılmışdır. Baxmayaraq ki, ən azı 3 dəfə Vəkil tərəfindən dövlət özəlləşdirmə Payları (çeklərinin) Mülkiyyət hüququ olduğunu və dövriyyəyə QANUNLA buraxıldığını, Tədavül və Tədiyyə vasitəsi kimi istifadəsinin də əvvəldən Qanunla tənzimləndiyini və İddia ərizəsində bu barədə Tam hüquqi Faktların olduğunu söylədi – nədənsə Hakim QƏRƏZLİ OLARAQ öz Fikrini Qanunvericiliklə deyil – DƏKX-nin nümayəndəsinin yalan sözləri əsasında formalaşdırdı.

Çox maraqlı olan budur ki, HAKİM öz Qərardadında yazır ki: İddiaçılar qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüquqlarını itirdikləri halda, onlarda qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür və “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Göründüyü kimi, iddiaçılar kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olunan iddia müddətini ötürmüşlər. Doğurdan da əgər cənab Prezidentin 75 nömrəli Fərmanının 1.2 bəndində göstərilən QANUNVERİCİK AKTI VƏ QAYDASI varsa və Qanuna uyğun olaraq Özəlləşdirmə Pay(çek)larının dövriyyədən çıxarılması barədə müvafiq məlumat dərc edilmişdirsə ANCAQ BU HALDA – Hakim DƏKX-nin nümayəndəsi olan Xanıma inanıb İMTİNA Qərardadı çıxara bilərdi.

YENƏ QEYD EDİRİK: Birbaşa Qanunla Qiymətli Kağızların dövriyyədən çıxarılmasını tənzimləyən Rəsmi Dövlət orqanları 2018-ci ilə qədər Dövlət Özəlləşdirmə Pay(çek)lərinin Dövlət Qimətli Kağızı kimi dövriyyədən çıxarılmadığını və 75 nömrəli Fərmanın 1.2 bəndində göstərilən Qanunvericilik Qaydalarının hələ hazırlanmadığını dəfələrlə Rəsmi olaraq bildirmişdir.

Xahiş edirik kömək edin. Paylaşın Hamı bilsin – HAQQIMIZI BİRLİKDƏ TƏLƏB EDƏK!
Aldanıb hec kim Özəlləşdirmə Payını SATMASIN!
QEYRƏTLİ BACILAR VƏ QARDAŞLAR
KİM BİZİMLƏ şərəfsiz məmurlara qarşı MƏHKƏMƏLƏRƏ və AVROPA MƏHKƏMƏSİNƏ QƏDƏR MÜBARİZƏ ETMƏYƏ HAZIRDIR?

MƏHKƏMƏ qarşısında Xalqın TƏLƏBİ

Poliqon.info

Избранный
23
2
yenigundem.az

3Источники