RU

Tramp Si Tsinpini Vaşinqtonda inauqurasiyaya dəvət edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çin sədri Si Tsinpini 2025-ci il yanvarın 20-də Amerika paytaxtında keçiriləcək inauqurasiya mərasiminə dəvət edib...

Poliqon xəbər verir ki, bu barədə çərşənbə günü CBS News telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tramp noyabrın əvvəlində, seçkidən az sonra Si Tsinpini dəvət edib, lakin onun dəvəti qəbul edib-etmədiyi hələlik bəlli deyil.

Çinin Vaşinqtondakı səfirliyi hələlik məlumatı nə təsdiq, nə də təkzib etməyib.

Telekanal qeyd edib ki, andiçmə mərasimində xarici ölkələrin bir neçə yüksək vəzifəli nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Eyni zamanda Macarıstanın baş naziri Viktor Orbanın da inauqurasiya mərasimində iştirakı gözlənilir.

Poliqon.info

Избранный
12
1
poliqon.info

2Источники