RU

“BU, ERMƏNİSTAN ÜÇÜN ÇOX TƏHLÜKƏLİDİR...” Paşinyandan yeni etiraf

“SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilikdən imtina etmək demək olar”

Ermənistan Baş naziri Nikol Paşinyan özünün “facebook” səhifəsində son zamanlar sosial şəbəkələrdə ona ünvanlanan iradlara və ittihamlara cavab verib.

“AzPolitika” xəbər verir ki, N.Paşinyan öz paylaşımında ailəsi və apardığı siyasət barədə xeyli iradlara rast gəldiyini qeyd edib: “Mənim sosial şəbəkələrdə fəaliyyətim heç vaxt səngiməyib. Keçən il bir neçə saat canlı yayımda vətəndaşların suallarını cavablandırdım, yüzlərlə yazı və video yayımladım. Demək olar ki, hər iki aydan bir mətbuat konfransı verirəm. Niyə? Çünki insanlarla danışmaq mənim borcumdur, insanlar mənim işverənimdir və mən onlarla bölüşməli, suallarına cavab verməliyəm. Demokratiyanın mahiyyəti budur.

Niyə indi bəzi sosial media istifadəçilərinə cavab vermək qərarına gəldim? Düzünü deyim, çünki görürəm ki, sosial şəbəkələrdə mən və ailəm haqqında, apardığımız siyasət haqqında çox yazılır, amma heç kim məndən şərh istəmir. Bundan əlavə, mövcud olmayan SSRİ-nin xəritələrinin (Azərbaycanla danışıqlarda -red.) qəbuledilməz olduğu deyilir. Birbaşa deməliyəm ki, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir. Çünki SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən imtina etmək demək ola bilər. Çünki biz Sovet Ermənistanının ərazisində müstəqillik əldə etmişik və beynəlxalq birlik də bizi belə tanıyıb. Beynəlxalq səviyyədə tanınan məkanımıza bağlılıq bizim üçün mühüm təhlükəsizlik buferidir”.

Bununla da Paşinyan dolayısı ilə etiraf edir ki, Ermənistan dövləti Azərbaycan torpaqlarında qurulub və SSRİ-yə qədər ermənilərin bu ərazidə dövlətçiliyi olmayıb.

Ardınca, Paşinyan SSRİ xəritələrindən imtinanın ermənilərə baha başa gələcəyini qeyd edib: “Mən bir neçə dəfə ictimai çıxışlarımda demişəm ki, əgər biz özümüz beynəlxalq səviyyədə tanınmış ərazimizi tam olaraq tanımırıqsa, başqalarına da bizə istinad edərək onu tanımamaq şansı veririk. Biz beynəlxalq səviyyədə tanınmış ərazimizi tam olaraq tanımamaqla öz qapımızı başqalarına açmış oluruq.

Kirants kəndində biz Ermənistanın suveren ərazisindən əl çəkmədik, öz qapılarımızı, dövlətimizin sərhəddini, dövlətimizin astanasını bərkitdik və bunu uğur hekayəsi, uğurun dönüş nöqtəsi hesab edirəm. Kirantsa gedin və bu uğuru öz gözlərinizlə görəcəksiniz”.

“AzPolitika.info”

Избранный
7
1
azpolitika.info

2Источники