RU

KİV: Baş nazir istefa verəcək

Hakim “Gürcü Arzusu” daxilində fikir ayrılıqları və qarşıdurmalar olduğu barədə iddialar mərkəzi mediada yayılmağa davam etdiyi bir vaxtda, Baş nazir İrakli Kobaxidzenin də vəzifəsindən istefa verəcəyi ilə bağlı iddia irəli sürülüb.

Aktual.ge xəbər verir ki, "Radio Tbilisi" mənbəyə istinadən İrakli Kobaxidzenin yaxın zamanda postunu tərk edəcəyi haqda məlumat yayıb.

Radioda iddia edilir ki, ölkədəki son hadisələr fonunda “Gürcü Arzusu” komandasında fikir ayrılığı yaranıb və bu, İrakli Kobaxidzenin istefası ilə nəticələnəcək.

“Bidzina İvanişvilinin qərarını prezident Makronun zəngi daha da sürətləndirəcək”, - deyə "Radio Tbilisi" öz mənbəsində istinadən məlumat yayıb.

Bu gün "Mtavari Arxi" telekanalı iddialı məlumat yayıb. Kanalın xəbərinə görə, "Gürcü Arzusu"nun daxilində münaqişə baş verib və nəticədə sabiq Baş nazir İrakli Qaribaşvili xəsarət alaraq Tbilisidəki Amerikan Xəstəxanasına yerləşdirilib. Hakim komandanın üzvləri bu məlumatı təkzib edərək bildiriblər ki, İrakli Qaribaşvili münaqişə deyil, idman zamanı aldığı xəsarət səbəbindən xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az"

Избранный
13
cebheinfo.az

1Источники