RU

Ölkəmizdə sosialyönümlü siyasətin mərkəzində şəhid ailələri və qazilər durur

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə daim yüksək diqqət və qayğı göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Müstəqil Azərbaycan dövlətihər zaman hər bir çətin anda vətəndaşının yanında olub, dövlət tərəfindən vətəndaşa hərtərəfli qayğı göstərilib.

Ölkəmizdə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən vətən uğrundaşəhid olmuş oğulların ailə üzvlərinə qayğının göstərilməsi, şəhid ailələrininüzvlərinə, şəhid övladına qanunla bir çox imtiyazların verilməsi, sosial-iqtisadi mənafelərinin, maddi vəziyyətlərinin yaxşılaşması üçün fundamental sosial-siyasiənənənin bünövrəsi qoyulmuş, bu siyasət dövlətin daim nəzarətində olmuşdur. Sözügedən siyasət bu gündə davam etdirilir.

Bu gün də ölkə başçısı cənab Prezident İlham Əliyevin göstəriş və sərəncamına əsasən, vətənin müdafiəsi uğrunda şəhid olmuş minlərlə oğullarmızın xatirəsi daimuca tutulur, onların ailə üzvləri hərtərəfli dövlətimizin qayğısı ilə əhatə olunur. Vətənin müdafiəsində qəhrəmancasına həlak olmuş və yaxud əlil olmuş şəxs dövlətimiz tərəfindən birmənalı olaraq bu qayğıdan kənarda qalmır. Bu bir növ insan kapitalına verilən ən böyük dəyər kimi başa düşülməlidir.

Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühüm addımlar atılır. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm işlər görülür. Bu da onların öz sağlamlıqlarını bərpa etmələrinə töhfə verir.

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaşı olan dövlətlər gəlir.

Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamları, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı, çoxsaylı ailələrə böyük sevinc bəxş etməsi təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da ölkəmizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı respublikamızda yüksək səviyyədə təşkil olunur. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.

Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyə qədər sosial dəstək paketi çərçivəsində 6000-dən artıq şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib.

Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub.

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dövlətin dəstək və davamlı qayğının bariz nümunəsidir.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin igidliyi, rəşadəti sayəsində tariximizə yazılmış şanlı səlnamədir. Bu gün ölkəmizin hər yerində Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, övladlarına mərhəmətlə, qayğıyla yanaşmaq, sosial qayğılarının həlli üçün əlindən gələni etməkhər vətəndaşın ictimai və mənəvi borcudur. Fəxr və qürurla deyə bilərik ki, şəhid ailəsi adı hər bir azərbaycanlı üçün müqəddəsdir, toxunulmazdır və onların rifahı üçün bütün zəruri tədbirlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması prioritet sahədir. Odur ki, ölkəmizdə aparılan bütün sosialyönümlü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, ilk növbədə şəhid ailələri və qazilər durur.

Aysel Aslan

Yazı Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri" layihəsi çərçivəsində hazırlanıb

Избранный
50
turkustan.az

1Источники