RU

ABŞ Konqresinin Nümayəndələr Palatası 884 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib

Amerikalı konqresmenlər ABŞ-ın 2025-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsini (oktyabrın 1-də başlayıb) 884 milyard dollar məbləğində təsdiqləyiblər...

Poliqon xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ Senatının gələn həftə büdcə layihəsini təsdiq edəcəyi gözlənilir, bundan sonra sənəd ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, 1,8 min səhifədən ibarət layihənin mətnində yenidən “qalıq yanacaqlarla əməliyyatlar aparan qurumlarla, Rusiya Federasiyası hökuməti və ya Rusiyanın enerji sektoru ilə müqavilə bağlamaq qadağası” yer alır.

Həmçinin qanunvericilər Rusiya Federasiyasını kinetik enerjili silah texnologiyaları, həmçinin raketdən müdafiə sistemləri üçün telemetriya məlumatları ilə təmin etmək üçün vəsait ayrılmasını yasaqlayıblar.

Poliqon.info

Избранный
10
1
poliqon.info

3Источники