Bundesliqa təmsilçilərindən “Bayer”in futbolçusu Florian Virtz karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun transferində “Real” maraqlıdır.
“Kral klubu”nun rəhbərliyi yay "transfer pəncərəsi"ndə Virtzi almağa çalışacaq. Onun transfer dəyəri 130 milyon avro olaraq qiymətləndirilir. Futbolçunun “əczaçılar”la müqaviləsi 2027-ci ilin iyununun sonunda başa çatacaq.
21 yaşlı futbolçu Almaniya çempionatının cari mövsümündə 13 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Çempionlar Liqası: Daha 2 klub növbəti mərhələ şansını itirdi
Lionel Messinin Bakı səfəri başa çatıb
Salah “Liverpul" tarixinə düşüb
Hansi Flik cəzalandırılıb
“Kəpəz”in "Zirə" ilə matçda zədələnən futbolçusunun son durumu açıqlanıb