RU

MDB-nin mədəniyyət paytaxtı statusu Laçına özünün bütün mədəni zənginliyini təqdim etməyə imkan verəcək

“MDB-nin mədəniyyət paytaxtı” fəxri statusu Laçına özünün bütün mədəni zənginliyini və müxtəlifliyini layiqincə təqdim etməyə imkan verəcək.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında deyib.

Ə.Əsədovun sözlərinə görə, MDB ölkələri arasında sıx qarşılıqlı əlaqə qarşıya qoyulan bütün vəzifələri etimad və qarşılıqlı anlaşma mühitində həll etməyə imkan verir.

"Bakı "Birliyin mədəniyyət paytaxtları" dövlətlərarası proqramı çərçivəsində əməkdaşlığa böyük önəm verir. Məlum olduğu kimi, Dövlət Başçıları Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə Birliyin Mədəniyyət Paytaxtı elan edilib. İşğaldan azad edilmiş Laçın bu gün sürətlə bərpa olunur. Möhtəşəm təbiəti və çoxəsrlik tarixi olan şəhərdə həyatın qayıtmasına və iqtisadi çiçəklənməyə yönəlmiş genişmiqyaslı infrastruktur və sosial layihələr çox sürətlə həyata keçirilir", - Baş nazir bildirib.

Siyasətçinin sözlərinə görə, Laçına artıq iki mindən çox keçmiş məcburi köçkün qayıdıb, gələn il isə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək.

"Əminəm ki, “MDB-nin mədəniyyət paytaxtı” fəxri statusu Laçın şəhərinə özünün bütün mədəni zənginliyini və müxtəlifliyini layiqincə təqdim etməyə imkan verəcək", - Ə.Əsədov qeyd edib.

O, həmçinin Rusiya Federasiyasını cari ildə MDB-yə uğurlu sədrliyi münasibətilə təbrik edib və Tacikistana 2025-ci ildə sədr postunda uğurlar arzulayıb. (Report)

Избранный
16
1
ikisahil.az

1Источники