Son günlər yağan intensiv yağışlar səbəbindən Binəqədi rayonu Xocasən qəsəbəsini su basıb.
Bu barədə News365.az-a məlumat daxil olub.
Bildirilib ki, sözügedən hal 10 saylı Laçın məktəbinin yanı, 15-ci döngə Ziyadlı küçəsində qeydə alınıb.
Sakinin sözlərinə görə, ərazidə kanalizasiya sistemi yoxdur. Bu səbəbdən də yağış suyu evə, həyətə dolub:
"İşə gedənlər, məktəbə gedənlər əziyyət çəkirlər. Hara müraciət edirik, məktublar yazırıq bu işə baxan yoxdur. Belə yaşayış olmaz"
Sözügedən görüntüləri təqdim edirik:
News365.az