Azərbaycanda əhali pulunu əsasən ərzağa xərcləyib.
Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 11 ayında vətəndaşların aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının payına düşüb. Eyni zamanda xərclənən vəsaitlərin 4,2 faizi içkilər və tütün məmulatlarının, 15 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ümumilikdə, bu ilin 11 ayında 53 milyard 867,7 milyon manatlıq, o cümlədən 29 milyarda 534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb.