RU

Müğənni Tuğçe Kandemir ana olub


Abdullah Karatayla evlənən müğənni Tuğçe Kandemir müjdə verib. “Bu Benim Öyküm” mahnısı ilə məşhurlaşan müğənni ana olub.
Sherg.az xəbər verir ki, müğənni Tuğçe Kandemir ötən ilin dekabrında Abdullah Karatay ilə ailə həyatı qurub.

Mersində ailələri və yaxın dostlarının qatıldığı mərasimdə cütlük xoşbəxtliyə "hə" deyib.

"Səni öpdüm küçə", "Yanlış", "Nə gözəl yaradıldı", "Könül kırıldı" kimi mahnıları ilə yadda qalan Tuğçe Kandemir sosial media hesabından hamilə olduğunu açıqlayıb.

İlk dəfə ana olmaq sevincini yaşayan Kandemir oğlan uşağı dünyaya gətirib.

Müğənni oğluna Dəmir adını verib.
Избранный
46
sherg.az

1Источники