RU

Azərbaycanın dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Müstəqilliyimizindönməz xarakter alması Ulu Öndərin yorulmaz fəaliyyətinin,qətiyyətinin, zəngin idarəçilik təcrübəsinin, ən əsası Azərbaycandövlətinə, xalqına bağlılığının nəticəsidir. Dahi şəxsiyyətAzərbaycanın ən çətin günlərində, 1993-cü ilin iyun ayında xalqıntəkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdə bu əminliyiifadə etmişdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır,sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gəncnəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır.

Ümummilli Lider düşünülmüş və gələcəyə hesablanmış siyasətinəticəsində müstəqilliyinin bərpasının ilk illərində böyükfaciələrlə, təhlükələrlə üz-üzə qalan Azərbaycanı xaosdan,anarxiyadan, iqtisadi böhrandan xilas edərək inkişaf, tərəqqiyoluna çıxardı. Torpaqlarımızın işğalının qarşısı alındı. 1994-cüilin 12 may tarixində Ermənistanla atəşkəsin əldə edilməsi bütünsahələrdə dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli roloynadı. Həmin il sentyabrın 20-də isə çağdaş tariximizə “Əsrinmüqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu sazişAzərbaycanın sabitlik diyarı kimi mövqeyinin möhkəmlənməsində,iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətlirol oynadı. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi nüfuzqazanması ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərinsayının artmasını şərtləndirdi. Bu reallıq daim önə çəkilir ki,müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumungərginliyi Azərbaycanın zəngin iqtisadi potensiala malik olmasınabaxmayaraq ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıolan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqlarıinvestisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin UluÖndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraxilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycandasabitliyin təmin edilməsini prioritet məsələ kimi qarşıya qoydu.Artıq xarici investorlar yatıracaqları investisiyalarıntəhlükəsizliyinə tam əmin idilər. 1994-cü ildə imzalanan “Əsrinmüqaviləsi” bunun təsdiqi oldu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi hərzaman öz aktuallığını qoruyur, dövlətimizin həyata keçirdiyisiyasətin əsasını təşkil edir. İqtisadi və siyasi islahatlarınvəhdətinin qorunması davamlı inkişafa yol açdı. Ümummilli Lideriqtisadiyyatı dirçəltdi, əhalinin sosial müdafiəsini prioritetməsələ kimi qarşıya qoydu. Bildirdi ki, neft Azərbaycanın ən böyüksərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm dəgələcək nəsillərə mənsubdur. Ümummilli Liderin Fərmanı ilə 1999-cuildə yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına həyatakeçirilən sosial-iqtisadi layihələr ümumilikdə Azərbaycanınhərtərəfli inkişafına xidmət edir. Daim neftlə zəngin ölkələrəbaxış əsasında bu reallıq da diqqətə çatdırılır ki, bu resurslarheç də hər zaman onlara uğur gətirmir. Əhali arasında təbəqələşməprosesi gedir. Azərbaycanın iqtisadi imkanları isə güclü sosialsiyasətin həyata keçirilməsini şərtləndirir. Neft gəlirlərininidarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühümsosial-iqtisadi layihələrin uğurlu icrasını təmin edir.Azərbaycanın malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəetmək məqsədilə həyata keçirdiyi enerji layihələri ölkələr, xalqlararasında dostluq körpüsü yaradır. Bu layihələr dünyanın enerjixəritəsini dəyişir. Onların icrası yalnız iştirakçı deyil, digərdünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafını təmin edir.Regional çərçivədə qurulan əməkdaşlıq hazırda coğrafiyasınıgenişləndirərək yeni-yeni layihələrin gündəmə gətirilməsi iləmüşayiət olunur. Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyəverilməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyininmöhkəmlənməsində öz sözünü deyir. Artıq hazırda bu layihənin əsastərkib hissələri olan TANAP-ın və TAP-ın genişləndirilməsi əsasçağırışlar sırasındadır.

Vüqar Rəhimzadə bildirib ki, bu gün ölkəmizin bərpaolunan enerjimənbələrinə investisiyaların yatırılması istiqamətində göstərdiyisəylər, imzalanan sənədlər də Ulu Öndər Heydər Əliyevin müəllifiolduğu neft strategiyasının nəticəsidir. Hazırda bütün dünyadayaşıl enerjiyə keçid əsas hədəfdir. Bu günlərdə dünyanı Azərbaycanatoplayan COP29 tədbiri də Azərbaycanın uğurlu enerjidiplomatiyasının təqdimatı oldu. Azərbaycan neft-qaz ölkəsi kimi busahədə də özünü göstərdi. Dünyada hər kəs bir daha gördü ki,Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Yaşıl enerjinövlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqlihazırda enerji siyasətimizin prioritetidir. COP29 Azərbaycanındünyaya təqdimatında növbəti tribuna oldu.

Milli Məclisin deputatı iqtisadi imkanlarımızın artması fonundaAzərbaycanın ordu quruculuğu sahəsində də qazandığı uğurlardan bəhsedib. Bildirib ki, Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə orduquruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdəoldu. Müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızınişğalında əsas faktorlardan biri nizami ordunun olmaması idi.Silahlı Qüvvələr torpaqların deyil, ayrı-ayrı qüvvələrinmaraqlarının müdafiəsinə xidmət edirdi. Ümummilli Liderin uğurlusiyasəti nəticəsində ordu quruculuğu sahəsində mühüm uğurlara imzaatıldı. Ordunun maddi-texniki bazası möhkəmləndi, beynəlxalqstandartlara cavab verən Silahlı Qüvvələr yaradıldı. ÜmummilliLider Heydər Əliyevin Fərmanı ilə 26 iyun tarixi Azərbaycan SilahlıQüvvələri Günü kimi təsis edildi. Bu mühüm məqamı da xüsusi qeydetməliyik ki, hərbi kadrların yetişdirilməsi Ulu Öndərinhakimiyyətinin birinci dövründə də əsas hədəflərdən biri idi.1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasıbunun bariz nümunəsidir. 1993-2003-cü illərdə yaradılan möhkəmtəməl Azərbaycanın sonrakı dönəmdə, son 21 ildə Prezident İlhamƏliyevin rəhbərliyi ilə uğurlu inkişafına əsas yaratdı. Azərbaycandövləti, ordusu daha da gücləndi, qüdrətləndi. Silahlı Qüvvələrimizdünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı.

Vüqar Rəhimzadə bildirib ki, 44 günlük Vətən müharibəsindəqazanılan Zəfər, ötən ilin sentyabrında bir günlük antiterrortədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın1993-cü ildən bugünədək keçdiyi inkişaf yolunun ümumiləşdirilmişifadəsi, Ümummilli Liderin cənab İlham Əliyevə etimadının özünüdoğrultmasının nümayişidir. Bu gün azad Qarabağda və ŞərqiZəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işlərinin əsasındaUlu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, praqmatikstrategiyası, milli dövlətçilik konsepsiyası dayanır. Xalqımız UluÖndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və bundansonra da heç zaman unutmayacaq. Azərbaycan var olduqca Ulu ÖndərHeydər Əliyevin ideyaları əbədi yaşayacaq. Azərbaycana bu gün hansıtərəfdən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyasınıngenişliyini, zənginliyini görərik. Onun fəaliyyətinin hər birdövrü, hər bir sahəsi tədqiqat mövzusudur. Ümummilli Liderinxidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır.Ərsəyə gələn hər bir yeni nəşr, eyni zamanda məqalə bu xidmətlərəmüxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki,Azərbaycanın bugünkü gerçəklikləri, dünyaya səs salan zəfərləri UluÖndər Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev irsibir məktəbdir, bu irsin daim öyrənilməsi və gələcək nəsillərəçatdırılması bütün dövrlərin tələbi, çağırışıdır.

Ümummilli Lider Heydər Əliyev irsinin təbliği məqsədiləyaradılan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də ölkəmizdəvə onun hüdudlarından kənarda yüksək dəyərləndirilir. Bu işlərAzərbaycanın daha da qüdrətlnməsinə, güclənməsinə xidmət edir.Hazırda Fond işğaldan azad edilmiş ərazilərdə tarixi və diniabidələrin bərpası istiqamətində atdığı addımları ilə diqqətdədir.Humanizm, xeyirxahlıq, mərhəmət Fondun fəaliyyətinin əsasprinsipləridir. Bu gün harada yaşamasından asılı olmayaraq hər birazərbaycanlı belə güclü, qüdrətli, qalib, bütövləşən Azərbaycanlaqürur duyur. Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlargözləyir. Bunu yeni dövrün yeni hədəfləri də təsdiqləyir.Dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birincivitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səylərinəticəsində ölkəmiz hər bir hədəfə uğurla nail olur, yeni hədəflərədoğru irəliləyir. Nə qədər ki müstəqil Azərbaycan dövləti, xalqıvar, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaq, Onun gerçəkləşənideyaları inkişaf yolumuzu işıqlandıracaq.

Məqalədə:
Избранный
33
44
az.trend.az

10Источники