RU

XİN başçısı: "Ermənistandan qətiyyətli addımlar gözləyirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Sülh müqaviləsi layihəsi preambuladan, 17 maddədən ibarətdir ki, preambula və 15 maddə üzrə, demək olar ki, mətnlər tam razılaşdırılıb".
Oxu.Az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, iki maddə üzrə isə açıq suallarımız var:
"Həmin açıq suallar üzrə son müddət ərzində işlər davam edir. Artıq bir neçə raund danışıqlar və mübadilələr həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb, işlər davam edir".
Nazir vurğulayıb ki, bundan əlavə olaraq çox önəmli digər məsələ, Ermənistan Konstitusiyasında, Azərbaycana qarşı ərazi iddialarının mövcudluğu faktıdır:
"Bununla bağlı biz Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zaman bizim Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər təbii ki, bizi qane edə bilməz".
C.Bayramovun sözlərinə görə, bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti bir qərarı olub və bu məsələni daha da mürəkkəbləşdirib:
"Digər sözlə, Konstitusiya Məhkəməsinin qərarında Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu, onu xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edilib. Hesab edirik ki, bu məsələni daha da mürəkkəbləşdirir. Çünki məhz Ermənistan Konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Aktına istinad var və həmin müstəqillik aktı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur. Hesab edirik ki, bu Konstitusiya Məhkəməsinin qərarı vəziyyəti daha da mürəkkəbləşdirir".
Aygün Mirakif
Избранный
21
oxu.az

1Источники