Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Respublikası öz ərazisində işləri sürətlə həyata keçirir. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, dəmir yolu tikintisinin böyük, əhəmiyyətli hissəsi artıq başa çatıb: "Digər hissəsi ilə bağlı işlər davam etdirilir. Eyni zamanda, İran İslam Respublikası ilə əldə edilmiş razılığa əsasən, Araz çayı üzərində də körpü tikintisi davam edir. Belə olan halda Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında İran üzərində marşrutun yerinə yetirilməsi üzrə işlər davam edir.
Ermənistanın isə öz öhdəliklərini yerinə yetirməsi və Ermənistan ərazisi üzrə dəhlizin açılması isə burada yenə də bu razılaşmanın Ermənistan tərəfindən tam yerinə yetirməsindən asılıdır. Burada hələlik son müsbət qərar yoxdur".