RU

Sepah Komandanı: Əsəd hökumətinin süqutu strateji fəlakət olacaq

İran Sepahının Kərbəla qüvvələrinin komandanı Siyavuş Muslimi, Suriyanın prezidenti Bəşər Əsəd rejiminin süqutunun "strateji fəlakət" olacağını bildirib. O, Suriya ordusunun ciddi problemlərlə üzləşdiyini qeyd edərək, ordunun birliyinə "psixoloji müharibə" ilə ağır zərbə vurulduğunu vurğulayıb.

Muslimi əlavə edib ki, Dəməşqin süqutu, "səmərəli idarəetmə və milli platformaların yaradılmasının" əhəmiyyətini bir daha sübut edir. Çin kimi ölkələrin WeChat kimi yerli platformalarla əldə etdiyi uğurları misal gətirən komandan, bu addımın təkcə mümkün deyil, həm də zəruri olduğunu bildirib.

Bu açıqlama, İran rejiminin informasiya məkanını nəzarət altına almaq səylərini gücləndirmək və cəmiyyətə daha çox senzura tətbiq etmək məqsədini açıq şəkildə göstərir.

visiontv.az



Избранный
21
visiontv.az

1Источники