RU

Kanadanın Ontario əyaləti Vaşinqtonu elektrik enerjisi təchizatını kəsməklə hədələyir

Bakı, 12 dekabr, AZƏRTAC

Donald Tramp Kanada mallarına 25 faizlik rüsum tətbiq edərsə, Ontario ABŞ-a elektrik enerjisi təchizatını dayandıra bilər.

AZƏRTAC CBC telekanalına istinadla xəbər verir ki, bunu Kanadanın Ontario əyalətinin Baş naziri Daq Ford jurnalistlərlə söhbətində deyib.

“Əgər bu baş verərsə, cavab tədbirləri görəcəyik. Ontario ABŞ-ın Miçiqan, Nyu-York və Viskonsin ştatlarının elektrik enerjisi təchizatını dayandıra bilər. Bunun baş verməsini istəmirəm, lakin mənim bir nömrəli prioritetim Ontarionu, yerli əhalisini və bütün kanadalıları qorumaqdır”, - deyə Daq Ford bildirib.

2023-cü ildə Ontario ABŞ-da 1,5 milyon evi elektrik enerjisi ilə təmin edib. Bu əyalət Nyu-York, Miçiqan və Minnesota ştatlarına əsas elektrik enerjisi ixracatçısıdır.

Bir müddət öncə, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp sosial şəbəkə hesabında dövlət başçısı səlahiyyətlərinin icrasına başlayan kimi Kanada və Meksikadan daxil olan bütün məhsullara 25 faiz rüsum tətbiq etmək niyyətində olduğunu yazmışdı.

Избранный
25
azertag.az

1Источники