RU

Komitə sədri: "Son altı ildə 26 Baş plan hazırlanıb və təsdiq olunub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Son altı ildə 26 baş plan hazırlanıb və təsdiq olunub".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, hazırda komitə tərəfindən komitənin sifarişi ilə bütün ölkə üzrə 16 baş plan üzərində iş gedir:
"Onlardan doqquzu yekun mərhələdədir. Yəni müvafiq qurumlarla razılaşdırma işi başa çatır. Ondan sonra Nazirlər Kabinetinə təsdiq üçün təqdim olunacaq ki, İsmayıllı şəhərin baş planı onlardan biridir, yekun mərhələdədir".
Sədr əlavə olaraq vurğulayıb ki, Bakı Baş Planına uyğun olaraq işlər davam etdirilir:
"Bakı Baş Planı ötənilin sonunda təsdiq olunub. Bütün qurumlar, hökumət hərəsi öz cavabdehlik dairəsinə uyğun Bakıda müvafiq işləri həyata keçirir. Son dövrdə yol infrastrukturunda ictimai məkanlarda kommunikasiyalarda - bu sahədə layihələr ardıcıl həyata keçirilir. Eyni zamanda, müəyyən yenidənqurma işləri də nəzərdə tutulub. Qəzalı binaların yerləşdiyi ünvanlar əsas prioritetdir və ilk növbədə qəzalıq aradan qaldırılacaq".
Aygün Mirakif
Избранный
21
50
oxu.az

10Источники