RU

FACİƏ: 2 yaşlı qızına 30 bıçaq zərbəsi vurdu

Rusiyanın Xabarovsk şəhərində 35 yaşlı kişi 2 yaşlı qızı öz uşağı olduğundan şübhə edərək 30 bıçaq zərbəsi ilə qətlə yetirib.

Medianews.az “Daily”ə istinadən xəbər verir ki, hadisə, ötən ilin aprelində baş verib.

Qızın valideynləri mübahisə ediblər. Sərxoş kişi arvadını aldatmaqda günahlandıraraq qızının ondan olmadığını düşünüb və bıçaqla uşağa hücum edib.

Qışqıran və ağlayan ana kişini dayandırmağa çalışsa da, gücü çatmayıb. Daha sonra kişi bir odun parçası ilə uşağı döyməyə başlayıb.

Qadın polis və həkimləri çağırıb. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Üç həftə ərzində həkimlər onun həyatı üçün mübarizə aparsalar da, uşağı xilas etmək mümkün olmayıb.

Hadisə törədən şəxs saxlanılıb.

Məlumdur ki, ata psixonevroloji dispanserdə müalicə olunub. Məhkəmədə o, təqsirini boynuna almayaraq, hərəkətlərinin ruh tərəfindən idarə olunduğunu bildirib.

Buna baxmayaraq, ona, 17 il müddətinə ciddi rejimli koloniyada həbs, ardınca 1,5 il azadlığın məhdudlaşdırılması cəzası verilib.

Избранный
27
medianews.az

1Источники